Əsas Səhifə > Gündəm, Manşet > YENİ «BOZ KARDİNAL»: ƏLİ HƏSƏNOV MEYDANDA
YENİ «BOZ KARDİNAL»: ƏLİ HƏSƏNOV MEYDANDA30-07-2013, 10:30 |
ÖZÜNÜ KİFAYƏT QƏDƏR HAZIRLIQLI HESAB EDƏN ƏLİ HƏSƏNOVUN ARZUSU DİA.AZ: - «Hakimiyyət daxilində yeni güc formalaşıb. Və yaxın vaxtlarda bu güc bir çoxlarını sıradan çıxarmağa qadir bir səviyyəyə yüksələcək». Bu məlumatı DİA.AZ-a hökumət içindəki qaynaq ötürüb. Mənbə iddia edir ki, son zamanlar hakim düşərgənin favoritlərindən birinə çevrilən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov özünün ictimai-siyasi sferadakı əzəməti ilə bir çoxlarına meydan oxumaqdadır. Mənbənin söylədikləri: «Dünənə qədər PA rəhbəri Ramiz Mehdiyevin çətiri altında püxtələşən Əli Həsənov bu gün müstəqil şəkildə dəst-xətt nümayiş etdirir. Artıq onun Ramiz Mehdiyevə ehtiyacı yoxdur. Və elə bir həddə yetişib ki, hətta Ramiz Mehdiyevin ona ehtiyacının olduğu məqamlar da olur». Mənbə bildirir ki, Ramiz Mehdiyevə aid şəbəkəyə nəzarət rıçaqlarını əlində saxlayan Əli Həsənov bu gün həm müxalifət və həm də iqtidar cinahında kifayət qədər böyük təsir gücünə malikdir: «Təbii ki, ona bu qüdrəti verənlər var. Və bu gün həmin qüdrətin hələ də Əli Həsənovun arxasında dayanması onu hətta PA şefinə - yəni onu zamanında himayə etmiş Ramiz Mehdiyevə asi olacaq həddə qədər çatdırıb». Məlumatı verən qaynağın sözlərinə görə, özünü Ramiz Mehdiyevin yerində görən və bu yolda bütün rəqiblərini əzməyə hazır olduğunu nümayiş etdirən Əli Həsənov hətta dost çevrədə «boz kardinal» adlandırılmasına da pis baxmır: «O, artıq Ramiz Mehdiyevin gedəcəyinin fərqində olduğundan belə bir mühüm məqamın başqalarının əlinə keçməməsi üçün indidən fəaliyyətdədir. Əsas alternativləri hesab olunan Əli Əhmədovu, Əli Əsədovu, Zeynal Nağdəliyevi və hətta nəqliyyat naziri Ziya Məmmədovu bəri başdan nüfuzdan salmağa çalışan Əli Həsənov prezident seçkilərindən sonra özünü «boz kardinal» mövqeyində görməyə hazırlaşır». Mənbəmiz onu da əlavə etdi ki, son zamanlar yuxarıda adları çəkilən və eyni zamanda PA şefi postuna iddia edən digər namizədlərlə bağlı mətbuatda aparılan əkstəbliğat kampaniyasının arxasında da elə Əli Həsənovun özü dayanmaqdadır: «Əli Həsənov nəzarətindəki müxalif media ilə həmin şəxsləri davamlı şəkildə hədəfdə saxlayır. Hətta özünə birbaşa aid olan «Kaspi» qəzetində Ziya Məmmədovun fəaliyyətini açıq şəkildə «vurmaqdan» belə çəkinmir». Geri qayıt |