Əsas Səhifə > Güney Press / Manşet > В«DƏYİŞİRƏMВ» VERİLİŞİNİN BAĞLANMASI TƏLƏBİ

В«DƏYİŞİRƏMВ» VERİLİŞİNİN BAĞLANMASI TƏLƏBİ


29-07-2013, 17:25
В«DƏYİŞİRƏMВ» VERİLİŞİNİN BAĞLANMASI TƏLƏBİ
DİA.AZ: - ATV kanalında yayımlanan В«DəyişirəmВ» verilişi çoxlarımızın diqqətini cəlb edib. DİA.AZ-a müraciət edən vətəndaşlar da bu verilişdən gileylidirlər. Onlar bildirir ki, əslində Azərbaycan insanlarının az qala aşağılanmasına xidmət edən bu verilişə əcnəbi ölkələrdə də baxılması mümkün oldduğundan, Milli Teleradio Şurasının müdaxiləsi vacibdir.

Əhliman Qəzənfəroğlu adlı Bakı sakininin DİA.AZ-a daxil olan müraciətində deyilir: В«Bu verilişin aparıcıları elə təəssürat yaratmağa çalışırlar ki, sanki bizim vətəndaşlar möhtac durumdadırlar və qiyməti 10 manata olan mikser azərbaycanlı ailəsi üçün əlçatmaz bir hədiyyədir.

Halbuki bunun müqabilində daha bahalı əşyaları götürürlər.

Xüsusən aparıcı Azərin kobudluğu, onu qonaqpərvərliklə qarşılayan vətəndaşları aşağılayan sözlərlə sancması və digər bu kimi hallar MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmlinin diqqətindən yayınmalı deyil.

Bu kanala dilimizi gözəl anlayan qardaş Türkiyədə də baxırlar. Ən azından onlardan ayıbdır. Daha böyük ayıb isə özümüzdəndir. Bu qədər milləti aşağılamaq olmaz. В«DəyişirəmВ» verilişi sanki insanlarımızın qüruru ilə oynamaq üçün düşünülüb. Bəlkə də bu hal kimlərisə narahat etmir. Amma bir vətəndaş kimi mən narahatamВ».

Qarşı tərəfi də dinləməyə hazırıq.

DİA.AZ bildirir ki, həqiqətən də bu verilişdə bahalı əşyalar reklam olunsa da, vətəndaşlara ən yaxşı halda mikser hədiyyə olunur. Və hətta verilişin başqa ölkələrdəki çəkilişlərində yalan ifadə də işlədilir ki, guya Azərbaycandakı çəkilişlərdə soyuducu, qabyuyan, paltaryuyan kimi hədiyyələr verilib. Amma belə bir fakta rast gəlinməyib.

Geri qayıt