Əsas Səhifə > Güney Press / Manşet > KREDİT QURBANLARI ACLIQ AKSİYASINA HAZIRLAŞIR

KREDİT QURBANLARI ACLIQ AKSİYASINA HAZIRLAŞIR


29-07-2013, 16:42
KREDİT QURBANLARI ACLIQ AKSİYASINA HAZIRLAŞIR
DİA.AZ: - Bir neçə gün əvvəl В«Bank of AzerbaijanВ»dan şikayətçi düşən vətəndaşlardan birinin bu bankın arxasında dayandığı iddia olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətini yaymışdıq. Bank tərəfindən qanunsuz olaraq cərimələndiyini söyləyən vətəndaş özünü FHN-nin qarşısında yandıracağını da bəyan etmişdi.

Bu gün isə DİA.AZ-a daha bir qrupp В«Bank of AzerbaijanВ» mağdurunun müraciəti daxil olub. Müraciəti imzalayan 9 nəfər vətəndaş bildirir ki, onlar da qanunsuz olaraq В«Bank of AzerbaijanВ» tərəfindən borclandırılıblar: В«Artıq işlərimiz məhkəmədədir. Bu bankın rəhbərliyi elə düşünür ki, istədiyini edə bilər. Amma belə deyil. Dövlət var və biz prezident administrasiyası qarşısında aclıq aksiyası keçirərək haqq səsimizi dövlət rəhbərliyinin diqqətinə çatdıracağıqВ».

Vətəndaşlar bildirir ki, onlar dəfələrlə müraciət etsələr də, şikayətləri geri qayıdır: В«Elə bil ki, kimdən şikayət edirik, məktubumuzu da onun üzərinə göndərirlər. Belə olmazВ».

Vətəndaşların sözlərinə görə, yaxın vaxtlarda etiraz aksiyasını elan edəcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt