Əsas Səhifə > Gündəm, Manşet > SALYANDA ŞƏHİD OĞLUNUN QANINI BATIRIRLAR
SALYANDA ŞƏHİD OĞLUNUN QANINI BATIRIRLAR29-07-2013, 10:43 |
DİA.AZ: - Salyan rayonunun Yeni Uluxanlı kənd sakini Nəcəfova Zərifə Oruc qızının həyat yoldaşı zabit olan Nəcəfov Əliyağa 1992-ci ildə Qarabağ savaşında şəhid olub. Ondan yadıgar qalan oğlu Nəcəfov Emin Əliyağa oğlu isə bu ilin aprel ayının 16-da amansizcasına qətilə yetirilib. Mərhum Eminin anası cinayət işinin obyektiv araşdırılmamasından şikayətçidir. DİA.AZ bildirir ki, o, baş verənlərlə bağlı infom.az-a danışıb. Onun dediklərini ixtisarla təqdim edirk: - Qətli törədənlər qonşuluqda yaşayan Rüstəm və Pərvin İmanov qardaşları olub. Hadisəyə səbəb Rüstəmin digər qonşu, ad-soyadı bizə bəlli olan bir qıza sataşması və Eminin bu hadisədən xəbərdər olması olub. Hadisədən 15 gün öncə həmin qız zəhər içərək Şirvan mərkəzi xəstsxanasında müalicə edilib. Birtəhər qızın ailəsini susdurmağa nail olan İmanov qardaşları, bu hadisəni ört-basdır etmək üçün oğlumu aradan götürməyə qərar veriblər. Onlar düşünüblər ki, qıza sataşma faktı nə vaxt ortaya çıxsa, cinayətə cəlb oluna bilərlər, bu adla türməyə getməkdənsə, elə yeganə şahidi aradan götürsünlər. Emini evdən məqsədli şəkildə, yeyib-içməyə getmək adıyla Pərvin çağırıb. Kəndin kənarında qardaşı Rüstəmlə birgə iki bıçaq zərbəsi vurmaqla oğlumu öldürüblər. Faktiki olaraq cinayəti bu iki qardaş qabaqcadan planlaşdıraraq birgə həyata keçirsə də, ölüm işini Rüstəm boynuna götürüb və yalnız o həbs olunub, qətlin əsli səbəbkarı isə bayırda qalıb. Artıq Salyan prokurorluqu istintaqı yekunlaşdırıb və işi məkəməyə göndərib.Haqlı şıkayətimə baxan yoxdur. Oğlumun iki azyaşlı övladı mənim himayəmdədir. Bisavad, kasıb, kimsəsiz ailəyik. Oğlumu qətlə yetirənlərin layiqlı caza almasını tələb edirəm. Geri qayıt |