Əsas Səhifə > Güney Press / Manşet > RAYONLARIN KURATORLUQ SİSTEMİ LƏĞV EDİLİR

RAYONLARIN KURATORLUQ SİSTEMİ LƏĞV EDİLİR


27-07-2013, 12:35
RAYONLARIN KURATORLUQ SİSTEMİ LƏĞV EDİLİR
DİA.AZ: - Prezident seçkiləri tarixi yaxınlaşdıqca siyasi münasibətlər də eyni sürətlə gərilməkdədir. Və bu gün daha çox diqqətçəkəni iqtidar daxilində cərəyan edən olaylardır. DİA.AZ-a Nazirlər Kabinetindəki mənbədən daxil olan informasiyada qeyd olunur ki, prezident seçkilərinə qədər məhz iqtidardaxili qruplaşmalara yönəlik bir sıra islahatlar həyata keçiriləcək. Söhbət rayonların kuratorluq məsələsindən gedir.

Mənbənin söylədikləri: В«Məlumdur ki, bu gün ayrı-ayrı rayonlar oliqarx-məmurlar arasında bölüşdürülüb və rayon icra başçıları hansısa məmurun himayəsi altındadır. Bu sistemin bir sıra üstünlükləri olsa da, əsas neqativ cəhəti oliqarx-məmurların şəxsi hökmranlıqlarının formalaşdırılması baxımından istənilən hakimiyyət üçün təhdid hesab olunurВ».

Məhz bunu nəzərə alan iqtidarın üst düzəyinin prezident seçkilərinə qədər rayonlar üzərindəki qeyri-rəsmi kuratorluq mexanizminin dağıdılması üçün hərəkətə keçəcəyini bildirən mənbəmiz iddia edir ki, bu zaman bir neçə rayonun icra başçısının dəyişdirilməsi də nəzərdə tutulub:


В«Doğrudur, yenə də oliqarx-məmurların büdcələrin bölgələrə yönəldiləcək, amma əsas olanı odur ki, aradakı bağlar ləğv edilsin və buna çalışılacaqВ».

Geri qayıt