Əsas Səhifə > Siyasət, Manşet > "ODLAR YURDU"NDA HEYDƏR QƏMBƏROV "KABUSU"

"ODLAR YURDU"NDA HEYDƏR QƏMBƏROV "KABUSU"


29-12-2011, 11:57
"ODLAR YURDU"NDA HEYDƏR QƏMBƏROV "KABUSU"

UNİVERSİTETİNİN APARAT RƏHBƏRİ DEPUTAT REKTORU SAYA SALMIR

DİA.AZ: - "Son illər "Odlar Yurdu" Universitetində rektor, Milli Məclisin deputatı Əhməd Vəliyev yalan olub, universitetin Aparat rəhbəri Heydər Qəmbərov doğru. İş o yerə çatıb ki, H.Qəmbərov artıq Ə.Vəliyevin göstərişlərini belə nəzərə almır". Bu barədə məlumatı redaksiyamıza "Odlar Yurdu" Universitetinin 2010-cu il məzunlarından biri verib.

Onun sözlərinə görə, universiteti 2010-cu ildə bitirməsinə baxmayaraq diplomunu düz 1 il sonra, bu günlərdə əldə edə bilib: "Universiteti bitirəndə diplomumu almaq üçün heç bir hüquqi əngəl olmamasına baxmayaraq aparat rəhbəri Heydər Qəmbərov məndən 1500 manat rüşvət istədi. Mən onsuzda külli miqdarda olan təhsil haqqımı güclə ödəyim bitirdiyimi və bu qədər pulu verməyə imkanımın olmadığını dedim. O isə qəfildən mənim əlavə kəsrlərimin olduğunu əsas gətirərək, diplomu verməkdən imtina etdi. Bu məsələ bağlı rektor Əhməd Vəliyevin qəbulunda olub, çox ciddi şəxsi problemlərimin olduğunu və tezliklə işə daxil olmam üçün diplomun zəruri olduğunu dedim. O da elə mənim yanımda H.Qəmbərova mənim problemimi həll etməyi tapşırdı. Əsl həngamədə elə bundan sonra başladı.

Heydər Qəmbərov mənim bu məsələ bağlı rektora müraciət etməmdən qəzəblənərək, öz kabinetində mənə "kimdən kimə şikayət edirsən" dedi. Mənim arxamda gömrük generalladan biri durur. Və bildirdi ki, "əgər mən kiməsə diplom vermək istəmirəmsə demək verməyəcəm". Bu da azmış kimi, dedi ki əvvəl sənə 1500 manat deyirdim, indi qiymət 3000 oldu. Ya bu pulu gətirəcəksən, ya da get Əhməd Vəliyevdən diplomunu al. Mən bu hadisədən sonra dəfələrlə rektorun qəbuluna girməyə çalışsam da, H.Qəmbərov müxtəlif yollarla bunun qarşısını aldı. Nəhayət 1 il ərzində onun dediyi 3 min manatı topladıqdan sonra mən halal haqqım olan diplomumu aldım".

"Odlar Yurdu" Universitetinin məzununun dediyinə görə, Heydər Qəmbərovun özbaşınalıqları bununla bitmir. Universitetdə imtahanların keçirilməsi məsələsinə nəzarət edən H.Qəmbərova 3000 manat verməklə bir smestr dərsə gəlməmək, imtahanları "yola vermək" olar. H.Qəmbərov universitetdə bəlkdə yeganə rəhbər şəxslərdəndir ki kabinetinə daxil olan hər kəsi kimliyindən asılı olmayaraq acılayır, ağır sözlərlə aşağılayır. Universitetdən yığdığı pullar hesabına Qəmbərov qiyməti 50 min manat olan avtomobil idarə edir. Hər bayramı ayrı-ayrı ölkələrdə qeyd edir. Necəki ötən il yeni ili Avstraliyada qeyd etmişdi.

Geri qayıt