Əsas Səhifə > Sosial / Manşet > В«NAXÇIVAN KLANIВ» TOPARLANMA QƏRARI VERDİ

В«NAXÇIVAN KLANIВ» TOPARLANMA QƏRARI VERDİ


26-07-2013, 12:35
В«NAXÇIVAN KLANIВ» TOPARLANMA QƏRARI VERDİ
В«BU SEÇKİ İLİ ONLAR ÜÇÜN SON DÖNƏM OLA BİLƏRВ» TƏHLÜKƏSİ ÖNLƏNİLİR

DİA.AZ: - Redaksiyamıza hökumət içindəki gedən oyunlarla bağlı ilginc məlumat ötürülüb. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, iqtidar daxilindəki В«Naxçıvan klanıВ» bu seçki ilində də mövqelərini qoruya bilməsi üçün çox ciddi planlamaların icrasına start veriblər.

Mənbənin söylədikləri: В«Məlumdur ki, bu şəbəkəyə aid çox nüfuzlu məmurlar var. Və zaman-zaman onlar itki versələr də, mühüm postlarda mövqelərini qoruya biliblər. Amma son zamanlar kifayət qədər ciddi zərbə aldıqlarından bu seçki ilinin onlar üçün son dönəm olmaması üçün konkret plan işləyiblərВ».

Mənbə iddia edir ki, konkret planın nədən ibarət olması məlum olmasa da, klana aid bir sıra məmurların bu günlərdə Bakı kənarındakı bağ evlərinin birində cəmləşməsi xəbərini də qaynaq DİA.AZ-a ötürüb: В«Bu şəbəkə Elşad Abdullayevin məlum videobombardmanında da hədəf oldu. Nəticəsi bəllidir. Prosesin seçkilərdə də müşaiyət olunmaması üçün toplaşan klan üzvləri güclərini birləşdirmə qərarını veriblərВ».

DİA.AZ bildirir ki, klana aid fiqurlarla bağlı çox ciddi faktlar əldə olunub. Yaxın vaxtlarda onları da oxucularımızın nəzərinə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt