Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOV RAMİZ MEHDİYEVİ HƏDƏFƏ ÇEVİRİB

ZİYA MƏMMƏDOV RAMİZ MEHDİYEVİ HƏDƏFƏ ÇEVİRİB


26-07-2013, 11:33
ZİYA MƏMMƏDOV RAMİZ MEHDİYEVİ HƏDƏFƏ ÇEVİRİB
PORTALLARDAN BİRİNƏ PA ŞEFİNİ «VURMAQ» ÜÇÜN BÖYÜK SƏRVƏT VƏDİ

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovla bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Bilgili qaynaqların DİA.AZ-a ötürdüyü informasiyalardan belə məlum olur ki, bir zamanlar baş nazirlik sevdasına düşən, lakin bu istiqamətdə fiaskoya uğrayanm və net şəkildə «sən heç vaxt baş nazir olmayacaqsan» xəbərdarlığını alan Ziya Məmmədov indi də Ramiz Mehdiyevdən sonrakı dönəm üçün Prezident Administrasiyasının rəhbəri postuna iddialıdır.

Bu barədə danışan mənbə bildirir ki, Ziya Məmmədov PA şef iola bilməsi üçün hətta bu gün mətbuatda da böyük kampaniya işi həyata keçirməyə çalışır. Qaynağın iddia etdikləri:

«Bu günlərdə kifayət qədər tanınmış portallardan birinin rəhbəri ilə bu barədə danışıqlar olub. Ona Ramiz Mehdiyevlə bağlı narahatçılıq yaradacaq faktların yayımı müqabilində külli miqdarda pul təklif olunub. Amma hələlik anlaşmaya varılmaıb».

Mənbə onu da bildirdi ki, Ziya Məmmədovun adamları təkcə mətbuat sahəsində iş görmürlər: «Maraqlıdır ki, onlar PA daxilindəki antimehdiyevçi qanadla da əməkdaşlığa meyil göstərməkdədirlər. Məsələn, Məhərrəm Əliyevlə Ziya Məmmədovun bu günlərdə maraqlı münasibətlərinin cərəyan etdiyi də məlumdur. Eyni zamanda Ziya Məmmədov Nağdəliyev-Əsədov cütlüyü ilə də sıx təmaslardadır».

Geri qayıt