Əsas Səhifə > Gündəm, Manşet > SAATLIDA SAHİBKARA QARŞI ŞOK ÖZBAŞINALIQ
SAATLIDA SAHİBKARA QARŞI ŞOK ÖZBAŞINALIQ26-07-2013, 10:06 |
OBYEKTİNİ BİR GÜNDƏ İKİ DƏFƏ YANDIRAN ŞƏXSİ SAHİBKAR HƏBS ETMƏLİDİR DİA.AZ: - “Polis cinayətkarı özü aradan çıxarıb, 7 aydır ki, guya onu tapa bilmir.” Saatlı şəhərinin M. Hüseyn küçəsindəki 26 saylı evdə yaşayan Hüseynov Zülfüqar Sabir oğlu 12-ci ilin 12-ci ayının 12-ci gününü unuda bilmir. DİA.AZ bildirir ki, o, bu barədə infom.az -a məktub ünvanlayıb. Onun sözlərinə görə ötən ilin dekabrın 12-də gecə saat 1 radələrində Xəqani küçəsi, 1-də yerləşən 6 saylı yeməkxana binası qəsdən yandırılıb: “Yanğın baş verən zaman Samir adlı polis serjantı bağlı vəziyyətdə olan obyektdən çıxıb qaçan adamın qaraltısını görüb və yanğını ətrafda olan adamlarla birgə söndürüb. Bundan sonra yeməkxananın yandırılmağı ilə bağlı Saatlı rayon polis şöbəsinə müraciət olunub. Yanğın sondürülməyinə baxmayaraq, 2 saatdan sonra həmin şəxs yenidən o yerə gəlib, yeməkxananın pəncərəsini sındıraraq içəri daxil olub və tez alışan əşyaları bir yerə yığaraq onlara od vurub. Bu zaman Samir yanğını görüb ora yaxınlaşanda, cinayətkar pəncərədən bayıra sıçrayıb və onu itələyərək qaçmağa başlayıb. Polis bu adamın dalınca düşüb və 2 kilometr qovandan sonra tutub. Adam rayon polis söbəsinə aparılıb, lakin izahatı alınandan sonra necə olubsa sərbəst buraxılıb. O vaxtdan bəri cinayətkar guya axtarışdadır, lakin tapa bilmirlər, iş üzrə təhqiqat isə “donub.” Yanğını törədənin şəxsiyyəti həm təhqiqata, həm də mənə məlumdur. Bircə o qalır ki, o adamı özüm tapıb polisə təhvil verəm ki, dəymiş zərəri ödətdirə bilim.” Vətəndaş bildirir ki, sahəsi 171 kv. m. olan yeməkxana binası tam yanıb, ona 11 000 manat zərər dəyib. Obyekt o vaxtdan bəri bərpa edilməyib. Müddət uzandıqca və axtarışdan da xəbər çıxmadıqca Saatlı sakini cinayətkarın tutulacağına və ona vurulmuş ziyanın ödətdiriləcəyinə olan ümidini də itirir. Geri qayıt |