Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEV OLAYINDA RAMİZ MEHDİYEV MƏSƏLƏSİ
ELŞAD ABDULLAYEV OLAYINDA RAMİZ MEHDİYEV MƏSƏLƏSİ25-07-2013, 10:45 |
KREML ƏNƏNƏVİ DAYAQ NÖQTƏSİNİ DƏYİŞİB: YENİ CANİŞİN AXTARILIR DİA.AZ: - Əslində ilk günlər lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev kifayət qədər inandırıcı idi. Bunun da nəticəsində Sevinc Babayevanın müəmmalı ölümü, sabiq YAP-çı deputat Gülər Əhmədovanın həbsi və digər buk imi ajiotajlı hadisələr baş verdi. Çünki ortada bir mandat bazarlığı hadisəsi var idi. Ardından isə… DİA.AZ-a bu barədə danışan hökumət içindəki mənbə iddia edir ki, ilk əvvəl hakimiyyətin müəyyən qanadları tərəfindən dəstəklənən Elşad Abdullayevlə bağlı proje bitdiyindən indi o, özfəaliyyətlə məşğul olur: «Təbii ki, əsas hədəf Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi. Onun devrilməsinə hesablanan plan bir nöqtədə bitdi. Ramiz Mehdiyevin 180 dərəcəlik dönüşə nail olması Elşad Abdullayevi də əhəmiyyətsiz fiqura çevirdi. Halbuki həmin ərəfədə vəziyyət o həddə idi ki, Elşad Abdullayev prezidentdən təhlükəsizliyinə təminat istəyirdi, baş prokuror səviyyəsində bu çağırışlara reaksiya verilirdi. Elə Elşad Abdullayevin ağzından çıxan kəlmələrlə adamların həbsə atılması da onun sözlərinə verilən yüksək reaksiyanın təzahürü idi». Amma sonradan vəziyyətin dəyişdiyini bildirən mənbə iddia edir ki, artıq keçmiş rektor başlı-başına buraxılıb: «Onun Fransada biznes fəaliyyətinə girişdiyi söylənilir. Hətta şaiyələr də yayırlar ki, guya hakimiyyətin nüfuzlu məmurlarından biri Elşad Abdullayevlə ortaq olaraq Fransada inşaat sektoruna girişib. Bunlar reallıqdan uzaqdır. Fakt odur ki, Elşad Abdullayev əlindəki pulların müəyyən hissəsini sərmayə şəklində tikintiyə yönəldib. Bu qədər. Daha ortaqlıq yoxdur». Mənbəmiz bildirir ki, Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı planında yer aldığı şübhə doğurmayan Elşad Abdullayevin Ramiz Mehdiyevlə döyüşməsi faktı da kifayət qədər cəlbeidicidir: «Bütün bu faktlar da təsdiqləyir ki, rəsmi Moskva dünənə qədər «Rusiyanın Azərbaycandakı bir nömrəli adamı» kimi tanıdılan Ramiz Mehdiyevdən imtina edib. Həm Rusiyanın Azərbaycanda müxalifətdə «təmsil olunması», həm Elşad Abdullayev, Rəsul Quliyev və digər buk imi projelərini işlək vəziyyətə gətirməsi faktları da təsdiqləyir ki, bütün bu istiqamətlərin əsas hədəfi olan Ramiz Mehdiyev ruslarla yola davam demədiyindən Kremlin qəzəb hədəfidir». Mənbəmiz iddia edir ki, bu münasibət korlanması təxminən xeyli müddətdir: «Ramiz Mehdiyev əslində hakimiyyətin yeni dəst-xəttində də mühüm mövqe sahibidir. Elə buna görə də ruslar ilk növbədə bu adamla üzülüşməyi planlayıblar. Ona qarşı müxtəlif istiqamətlərdən həyata keçirilən hücumlar isə ümumi planda Kremlin maraqlarına cavab verdiyindən bu kimi təşəbbüslər də dəstəklənir». Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Ramiz Mehdiyevin bu seçkilərə qədər görəvindən alınması üçün yaxın günlərdə böyük təzyiqlər müşahidə olunacaq». Geri qayıt |