Əsas Səhifə > Hadisə, Manşet > ABUTALIBOV MİLYONLARI NECƏ YEYİR?
ABUTALIBOV MİLYONLARI NECƏ YEYİR?28-12-2011, 12:36 |
PAYTAXT MERİYASI BİR OTAQLI MƏNZİL QİYMƏTINƏ AVTOBUS DAYANACAĞI TİKİR DİA.AZ: - Nəqliyyat nazirliyinin müəmmalı və irihəcmli kapital sərf olunan layihələri davam etməkdədir. Bu dəfə gündəmə avtobus dayanacaqları gəlib. Ümumiyyətlə Bakıda yeni 664 dayanacağın quraşdırılması nəzərdə tutulub ki, bunlardan artıq 490-ı quraşdırılıb, 174 dayanacağın isə quraşdırılması prosesi davam edir. Proses sentyabırın sonuna qədər başa çatmalıdır. Təqribən 2008-ci ilin əvvəllərində Bakının mərkəzində yeni avtobus dayanacaqları peyda oldu. Əvvəlcə şüşəli dayanacaqlarda avtobus gözləyənlərə yayda gün, qışda isə kənarlardakı boşluqlardan yağış düşdüyü bildirilsə də, get-gedə hamının gözü bu dayanacaqlara öyrəşdi. Amma indi yenidən söküntü işləri başlayıb. Cəmi 3 il bundan əvvəl quraşdırılan dayanacaqların yerinə yeni avtobus dayanacaqları quraşdırılır. Əvvəlki dayanacaqlar Türkiyədən gətirilirdisə, indikilər Fransa istehsalıdır Nəqliyyat nazirliyinin rəsmi açıqlamasına görə son quraşdırılan dayanacaqlar intellektual nəqliyyat sistemi layihəsinin tərkib hissəsidir. Həmin dayanacaqda elektron tablolar quraşdırılacaq. Monitorlar vasitəsilə sərnişin, avtobusların nə vaxt gəlməsini, terminala yaxınlaşacağı vaxtı, getmək istədiyi yeri öyrənə biləcək. Sərnişin həmin monitorda sistemə daxil olub lazımi məlumatı alıb, çıxış düyməsini basdıqdan sonra monitor reklam şitinə çevriləcək və s... Araşdırmalarımız zamanı onu da öyrəndik ki, dayanacaqlar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qoyulur. Nəqliyyat nazirliyi isə onlara Koreya istehsalı olan monitorlar quraşdırır. Maraqlıdır görəsən, bu monitorları və yaxud elektron tabloları köhnə, yəni əslində cəmi 3 il bundan əvvəl qoyulan dayanacaqlara quraşdırmaq olmazdımı? Yoxsa bunun üçün mütləq yeni dayanacaq olmalıdır? Və yaxud köhnə dayanacaqların aqibəti necə olacaq? Ortaya çıxan suallar korrupsiya şübhələri yaradır. Çünki, hələ 2008-ci ildə dayanacaqların dəyişdirilməsi üçün büdcədən 5 milyon manat vəsait ayrılıb. Əgər Bakıda 500 ədəd dayanacaq quraşdırılıbsa, deməli, hər bir dayanacağın quraşdırılması 10 min manata başa gəlib. Bu isə yeni yaşayış binalarında bir otaqlı mənzilin qiyməti dəyərindədir. Geri qayıt |