Əsas Səhifə > Güney Press > EYNULLA FƏTULLAYEV ƏLİ HƏSƏNOVUN QƏZETİNƏ İLİŞDİ

EYNULLA FƏTULLAYEV ƏLİ HƏSƏNOVUN QƏZETİNƏ İLİŞDİ


24-07-2013, 13:33
EYNULLA FƏTULLAYEV ƏLİ HƏSƏNOVUN QƏZETİNƏ İLİŞDİ
“Natiq Məmmədlini tanımıram. Mən Natiq Ədilovu, Natiq Cavadlını, Natiq Mirini tanıyıram, amma Natiq Məmmədli adında birisini tanımıram”.

Bunu Qaynar.info-ya Virtualaz.org saytının rəhbəri Eynulla Fətullayev "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədlinin onun haqqında səsləndirdiyi fikirlərə cavab olaraq deyib. O, hazırda “Kaspi” qəzetinin çıxmasından xəbərsiz olduğunu bildirib: ““Kaspi” 1905-ci ildən sonra çıxıb? Axı onu ll Nikolay bağlayıb. Əlimərdan bəy Topçubaşov bu qəzeti 1902-ci ildə təsis edib. Sonra l demokratik burjua inqilabı dövründə bu qəzet qapanıb. Həmin vaxtdan sonra o qəzet çıxmayıbki. Deməli, yalançı bir şeydir. Dahi, eyni zamanda Azərbaycanın ictimai-siyasi xadiminin qəzetini bərpa etməyə, həmin ənənəni davam etdirməyə kimin cürəti çatarki?!”.

Qeyd edək ki, "Kaspi"-nin baş redaktoru Natiq Məmmədli bugünki köşəsində jurnalist Eynulla Fətullayevin virtualaz.org saytında dərc olunmuş В«Evsiz jurnalistikanın В«Amaşov kurqanıВ» adlı yazısında ev alan jurnalistlərə səslənən ittihamlara sərt münasibət bildirib. N.Məmmədli “Eynulla Fətullayev-təkrar istifadəsi zərərlidir” yazısında bildirib ki, Eynulla Fətullayev bu yazısı ilə Azərbaycan jurnalistlərini təhqir edib: “Mən Amaşovun yerinə münasibət bildirmək, ona vəkillik etməyə ehtiyac duymasam da, onun haqsız yerə murdarlanmış qələmin hədəfinə çevrildiyini görürəm və biganə qala bilmirəm. Digər tərəfdən, sözügedən yazıda təhqir olunan, bəli, məhz təhqir olunan, təkcə Mətbuat Şurasının sədri yox, Azərbaycanın bütün jurnalistləridir. Mətbuata meydan oxuyan, ağıl dərsi keçən isə mətbuata dəxli olmayan, siyasətdən bir az, qəzetçilikdən bir az, hüquq müdafiəçiliyindən bir az, mənəviyyatdan isə lap az xüsusiyyətləri özünün yarımçıq bioqrafiyasına sığışdıra bilən Eynulla Fətullayevdi. Bütün jurnalistlərin adından danışa bilmərəm. Mən media ombudsmanı deyiləm axı. Digər tərəfdən, bütün jurnalistlər də Eynullanı yaxşı tanıyır axı. Elə bu В«sevgiВ»nin nəticəsidir ki, tədbirlərdə onu görənlər on metr kənardan gedir, küçədə onu görənlər yolunu dəyişir. Bir adama ki salam vermirlər, daha niyə adam olursan?!”.

Baş redaktor qeyd edib ki, Eynulla bütün mətbuatın В«makulatura zibilliyiВ» olduğunu deyəndən sonra “Kaspi” qəzetinə də ilişir: “В«Bəs Əlimərdan bəy Topçubaşovun əfsanəvi “Kaspi” qəzetini gör nəyə çeviriblər?! Bu qəzetin sahibləri hətta çar və qədim slavyan loqotipini mənimsəməyə də cürət etdilər. Amma tamamilə sarsaqcasına...В» Düz deyirsən, Eynulla, bəlkə də biz sənin bu ifadənə layiqik. Ona görə ki, bütün mətbuat sənin cəmdəyinə tüpürəndə, biz səndən səhifə-səfihə müsahibələr götürürdük. Heç olmasa, o palaz müsahibələrin gedən qəzetin loqotipinə bax, hansı çar və slavyan elementlərindən danışırsan?!”.

Geri qayıt