Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİNƏ İSMARIC: İŞÇİLƏRİN MƏNİ ÖLÜMƏ TƏHRİK EDİR
FHN ŞEFİNƏ İSMARIC: İŞÇİLƏRİN MƏNİ ÖLÜMƏ TƏHRİK EDİR24-07-2013, 12:28 |
İNTİHAR HƏDDİNDƏ OLAN VƏTƏNDAŞ KƏMALƏDDİN HEYDƏROVA MÜRACİƏT ETDİ DİA.AZ: - Məlum olduğu kimi, «ZQAN» Holdinqini imtinasından sonra «Bank of Azerbaijan»da bir sıra yenilənmələr baş verdi. Doğrudur, bu yeniliklər sıravi vətəndaşlara, «Bank of Azerbaijan»da krediti olanlara heç də sərf etmədi. Çünki əl dəyişdirən bankın iş prinsipi də dəyişdi ki, artıq bu məsələ bir çoxlarını məhkəmə qapılarında qoyub. Bununla bağlı DİA.AZ-a müraciət edən vətəndaşlardan biri adının çəkilməməsi xahişi ilə bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olan «Bank of Azerbaijan»dakı özbaşınalıqları dilə gətirdi: «Əslində bu bankda müştəri olmaq əvvəllər çox sərfəli idi. Digər banklardan fərqli olaraq müştəriləri o qədər də incitməyən bankda insanlıq edən işçilər yetərincə idi. İndi isə sanki bankın işçilərinin xasiyyəti də dəyişib. Bir günlük yubanma ilə müştərinin başına oyun açırlar». Vətəndaş bildirir ki, başına gələn qəza səbəbindən «Bank of Azerbaijan»da olan maşınının kreditini ödəyə bilmir: «Ödəmə qabiliyyətim olmadığından nəhayətdə bankın işçiləri maşınımı əlimdən alırlar. Təxminən 2600 manata yaxın ümumi borcum yığılıb qalsa da, 3500-4000 dollara satılması mümkün olan «Lada-Kolina» markalı maşınımı əlimdən alırlar. Düşünürdüm ki, alqı-satqı, hərrac zamanı mənə də nəsə verərlər. Ən azından ödədiyim pulların müqabilində 200-300 manata belə ümid edirdim. Amma sən saydığını say, gör, fələk nə sayır. Sən demə, bu bank Kəmaləddin Heydərovun əlinə keçəndən sonra daha da amansız bir sistem yaradılıbmış. Banka olan borcum öz həcmindən də artıq 2700 manatdan bir az çox həcmdə şişirdilir və mənim ayağıma qanunsuz olaraq 5300 manatdan çox məbləğ yazılır. Bu azmış kimi həm də maşınımı məndən xəbərsiz qiymətləndirərək onu 1600 manat satırlar. Və indi də bu qərarlarını icraya yönəldərək məndən qanunsuz olaraq puld tələb edirlər». Vətəndaş bildirir ki, bu işdə bankla ortaq hərəkət edən Səbayel rayon məhkəməsi də baş vermiş cinayətdə əsas iştirakçı, əsas şərikdir: «Yəqin ki, məhkəmə işçiləri də bundan qazanırlar. Əks halda, belə bir qanunsuzluğa imza atmazdılar». Hazırda bu problem səbəbindən intihara belə əl atmağa hazır olduğunu bildirən vətəndaş portalımız vasitəsilə fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət də etdi: «Mən eşitmişəm ki, Kəmaləddin Heydərov yaxşı adamdır. Və inanıram ki, onun bu işlərdən xəbəri yoxdur və yüzə yüz bu belədir. Amma mən indii onu məlumatlandırıram. Və xahiş edirəm ki, bu özbaşınalığı durdursun. Əks halda, intihar edib, üzərimdə bir məktub da qoyacam ki, ölümümün səbəbkarı Kəmaləddin Heydərovdur». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |