Əsas Səhifə > Siyasət, Manşet > SAATLININ İCRA BAŞÇISI NƏZARƏTƏ GÖTÜRÜLDÜ

SAATLININ İCRA BAŞÇISI NƏZARƏTƏ GÖTÜRÜLDÜ


24-07-2013, 11:48
SAATLININ İCRA BAŞÇISI NƏZARƏTƏ GÖTÜRÜLDÜ
SİRAQƏDDİN CABBAROV İSTƏNİLƏN BİR XIRDA «ÇP»NİN QURBANI OLA BİLƏR

DİA.AZ: - Bir müddət əvvəl Saatlıda baş verən özbaşınalıqlar, həmçinin büdcə oğurluqları ilə bağlı oxucularımızı məlumatlandırmışdıq. Bildirək ki, icra başçısı Siraqəddin Cabbarov birinci müavini və yerli maliyyə şöbəsinin müdiri ilə əl-ələ verərək sakinlər tərəfindən büdcə pullarının mənimsənilməsində ittiham olunurdular.

DİA.AZ-ın yaydığı məlumatlarda o da qeyd olunurdu ki, hətta orta məktəb müəllimlərinin məzuniyyət pulları belə icra başçısının nəzarəti altında dövriyyəyə buraxıldığından oruc tutan təhsil işçiləri iftar süfrələri açmaqda belə problem yaşayırlar. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, artıq Siraqəddin Cabbarov müəllimlərin məzuniyyət pullarının verilməsi barədə göstəriş verib.

DİA.AZ-a daxil olan bir başqa məlumatda isə bildirilir ki, amma bu yolla icra başçısı yaxasını kənara çəkə bilməyəcək. Belə ki, artıq Saatlıdakı durumun acınacaqlı halı «yuxarıların» da nəzərlərini yetərincə cəlb etdiyindən Siraqəddin Cabbarovdan izahat istənilib.

Mənbənin söylədikləri: «Siraqəddin Cabbarova qəti surətdə yerli sakinləri narazı salmaması üçün göstəriş verilib. Və o da bir neçə «təhlükəli rayon» başçısı kimi nəzarətə götürülüb. Yəni seçkilərə qədər hər hansı xırda «ÇP»si başçını bitirə bilər».

Geri qayıt