Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOV YENƏ DƏ REKORD QIRA BİLDİ

CAVİD QURBANOV YENƏ DƏ REKORD QIRA BİLDİ


23-07-2013, 13:10
CAVİD QURBANOV YENƏ DƏ REKORD QIRA BİLDİ
ASC PREZİDENTİ ÖZ YAXINININ İSTİRAHƏTİNƏ 250 MİN MANAT PUL SAYDI

DİA.AZ: - «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanov hər zaman özünün bahalı addımları ilə diqqət cəlb edib. Məsələn, bir ara yayılan məlumatlarda deyilirdi ki, ASC prezidenti bağ evinə Antalyadan torpaq daşıtdırır, gah onun 3 milyon dollara yaxta alması xəbəri yayılır və s.

İndi isə bilgili qaynaq DİA.AZ-a Cavid Qurbanovla bağlı maraqlı bir faktı açıqlayıb. Mənbənin bildirdiyinə görə, bu günlərdə Cavid Qurbanov ona yaxın olan bir şəxsin bir aylıq istirahəti məqsədilə (tur paketə dünyanın bir neçə ölkəsinin gəzintisi daxildir - red.) 250 min manat pul xərcləyib.

Hər halda, Cavid Qurbanovun bu qədər səxavətli olması inandırıcıdır. Amma maraqlı orasıdır ki, sözügedən məbləğ yalnız bir nəfərin super istirahəti üçün nəzərdə tutulub. Nə deyirik, varlığa nə darlıq…

Geri qayıt