Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ İDEYASI GÜNDƏMDƏ!!!

ŞOK: HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ İDEYASI GÜNDƏMDƏ!!!


23-07-2013, 12:48
ŞOK: HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ İDEYASI GÜNDƏMDƏ!!!
ƏN SON ANDA BELƏ «İQTİDAR QALASI» RUSLARA TƏSLİM EDİLMƏYƏCƏK

DİA.AZ: - Son zamanlar Kremlin Azərbaycan hakimiyyətinə basqıları artıb. Bu bir faktdır. Rusların bu günlərdə ortaya qoyduğu mövqelərdən də aydın oldu ki, rəsmi Moskvanın Azərbaycan iqtidarından net tələbi var: QƏRBDƏN TAM OLARAQ İMTİNA!!!

Təbii ki, belə bir şəraitdə Azərbaycanın öz pozisiyalarından 180 dərəcəlik imtinası imkansız görünür. Və elə buna görə də Kremlə Bakı arasında aylardır sərinlik yaranıb və bu sərinlik hətta ənənəvi isti münasibətləri belə buzlaşdırma həddinə çatıb. Hətta ortada bir düşmənçilik ovqatı belə hiss olunandır.

Ruslar Azərbaycan iqtidarına müxtəlif istiqamətlərdən təzyiqlərini artırmaqdadırlar. Bir yandan etnik və dini zəminli separatizm meyillərinin süni şəkildə qızışdırılması əgər Kremlin antiAzərbaycan siyasətində prioritet təşkil edirsə, digər yandan da siyasi müstəvilərdə YAP iqtidarına qarşı böyük planlamalar həyata keçirilir. Həm «Milyarderlər İttifaqı» kimi tanın Rusiya Azərbaycan Təşkilatları İttifaqı fonunda cərəyan edən olaylar və həm də Kremlin layihəsi olması şübhə doğurmayan Milli Şura ilə bağlı rusların Azərbaycana qarşı düşündükləri…

DİA.AZ bildirir ki, yaranmış gərginliyə münasibətini açıqlayan hökumət içindəki mötəbər mənbə redaksiyamıza çox maraqlı faktları da çatdırdı: «Ruslarla Bakının hansısa aspektdə uzlaşması gözlənilən deyil. Demək olar ki, bütün körpülər yanıb. Doğrudur, mətbuatda müxtəlif fikirlər səsləndirilir. Putinin Bakıya gələcəyindən tutmuş, Kəmaləddin Heydərovun Kremlə danışıqlara getməsinə qədər dezinformasiyalar dövriyyəyə buraxılır. Amma bunlar reallıqdan tamamən uzaqdır.

Fakt odur ki, bu gün Bakı ilə Moskva arasında böyük bir uçurum var və ruslar artıq Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar veriblər. Bakının isə öz planları var və bu məsələdə Bakının arxasında Rusiyanın Azərbaycanı qoparmağa çalışdığı Qərb dayanıb və bu gün YAP iqtidarı Qərbə aid bütün dairələr tərəfindən tam olaraq dəstəklənir. Elə buna görədir ki, hətta prezident seçkilərinin yaxınlaşmasına baxmayaraq ənənəvi müxalifət düşərgəsi də özünün ənənəvi partnyoru hesab etdiyi Qərbə aid beynəlxalq təşkilatlardan nələrisə tələb etməyi ağlının ucundan belə keçirmir. Ən azından Rusiyanın layihəsindəki təmsilçilik bu münasibətləri yetərincə korladığından artıq hər şey Kremlə həvalə olunubmuş kimi davranırlar».

Mənbəmizin iddialarına görə, hakimiyyətin də ehtiyat planları var: «Təbii ki, istənilən bir gərginlik anında rəsmi Bakının tarana getməsi inandırıcı deyil. Taran dedikdə Azərbaycanda da Suriya, İraq modellərinin işə salınması belə göz önünə gətirilə bilər. Amma regionumuz fərqli olduğundan bizimlə bağlı belə bir düşüncələr yoxdur. Amma rusların hətta süni şəkildə etnik separatizm kartına ən son anda əl ata biləcəkləri gümanı ciddi olduğundan rəsmi Bakı bütün yönlərlə bağlı tədarükünü gücləndirməkdədir.

Lakin ən son anda rəsmi Bakı üçün ehtiyat variantlar da hazırlanır ki, bunun da üzərində Qərbin ən peşəkar institutları çalışır. Seçkilərə daha az müddətin qaldığı bir ərəfədə belə bir tədarük əlahiddədir».

Mənbəmiz bu arada maraqlı bir məqamı da açıqladı: «Burada ən çox diqqətçəkən məqamlardan biri hakimiyyətin rəsmi Bakının ürəyincə olan qüvvələrə ötürülməsi ideyasıdır. Bu, ən son variantdır. Hər halda, rusların müxtəlif istiqamətlərdən yönələn təzyiqləri fonunda YAP iqtidarı geri çəkilməli olacaqsa, bu zaman hakimiyyət məhz rəsmi Bakının maraqlarına uyğun olan və Qərbin də təsdəklədiyi siyasi qüvvəyə ötürülə bilər».

Mənbəmizə görə, hələlik bu istiqamətdə ən uğurlu versiya kimi illərdir müxalifət düşərgəsində olan, amma hakimiyyətlə də münasibətlərini qoruyan Ümid Partiyasıdır: «Ola bilsin ki, bu gün Ümid Partiyasınıni imkanları kimlərsə tərəfindən yetərli qiymətləndirilmir. Amma diqqət yetirin. İllər əvvəl mərhum prezident Heydər Əliyev də məhz hakimiyyətin ötürülməsi prosesinin nəticəsində iqtidar ola bildi və həmin ərəfədə hətta çox ciddi çevrələr belə Heydər Əliyevin gəlişinə hazırlaşmırdılar».

Mənbəmiz iddia edir ki, Ümid Partiyası sədrilə bu günlərdə Qərbə aid məxfi təşkilatlardan birinin kifayət qədər tanınmış siması Bakıda qeyri-rəsmi görüş keçirib: «Həmin görüşün təşkilatçısı isə maraqlıdır ki, hakimiyyətin inandığı şəxslərdən biri olub. Görüşdə nələrin müzakirə olunması barədə çox az məlumat olsa da, söhbətin seçkilərdən getməsi faktdır. Hər halda, bu məqamı da nəzərə almaq çox vacibdir».

Geri qayıt