Əsas Səhifə > Siyasət, Manşet > MASALLIDA ŞIDIRĞI PULYIĞMA KAMPANİYASI

MASALLIDA ŞIDIRĞI PULYIĞMA KAMPANİYASI


22-07-2013, 10:44
MASALLIDA ŞIDIRĞI PULYIĞMA KAMPANİYASI
İCRA BAŞÇISI ABADLIQ MƏQSƏDİLƏ İDARƏLƏRƏ RƏSMƏN "RACON" KƏSDİ

DİA.AZ: - Ölkə başçısının sərt xəbərdarlığına baxmayaraq, rayonlarda abadlıq, quruculuq adı altında müxtəlif variantlarla idarə, müəssisə və təşkilat rəhbərlərindən, sahibkarlardan pul yığma kompaniyası davam edir. Növbəti belə xəbər Masallıdan gəlib.

Yerli mənbə bildirir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun tapşırığına əsasən bu işlərə Masallı şəhəri üzrə icra nümayəndəsi Kamal Mazanov rəhbərlik edir. İcra başçısının verdiyi səlahiyyətə görə sonuncunu “Masallının qubernatoru” da adlandırmaq olar. Deyilənə görə, onun bu sələhiyyətə sahib olması birinci müavin Nadir Abıyevin xoşuna gəlmir, hər bir vasitə ilə onu sıradan çıxarmağa çalışır.

DİA.AZ bildirir ki, bu barədə infom.az məlumat yayıb. Portalı məlumatlandıran mənbə bildirir ki, Kamal Mazanov inzibati ərazi dairələri üzrə nümayəndələrdən də “abadlıq pulu” tələb edib. Onlar da məcburiyyətdən büdcə vəsaiti üzərində müxtəlif maxınasiyalar qurmaq zorunda qalıb. Bunlardan ən geniş yayılmış üsulu əmtəəsiz alqı-satqıdır. Nümayəndələrin bir neçəsi dəftərxana ləvazimatı alınması adı altında Nadir Abıyevə məxsus olan MMC-lərə külli miqdarda vəsait köçürüblər. Məqsəd mal alınmadan köçürülən məbləği nəqdləşdirmək və onu Kamal Mazanova vermək olub. Amma bu əməliyyat alınmayıb. Birinci müavin MMC-lərə köçürülən pulları geri vermir.

Hazırda rayonda bu barədə mübahisə getdiyini bildirən mənbə maraqlı bir məqama da diqqət çəkir: “Nümayəndəliklər müxtəlif dövlət orqanlarına vaxtaşırı hesabatlar, bir də vətəndaşlara arayışlar verir. İndi kompüter dövrüdür, məlumatların çoxu elektron variantda verilə bilər. A-4 formatda olan 500 ədədlik 1 büküm yazı kağızı 5 manatdır, qoy ildə 4-5 belə büküm işlənsin. Digər ləzvimatlar (qovluq, dəftərxana kitabı, qələm, karandaş, xətkeş, pozan və s.) da elə baha qiymətə deyil- bunlar da tutsun 20-25 manat. Ümumilikdə bu xərc 50 manatdan çox ola bilməz. Belə olduğu halda, icra nümayəndəliklərinin il ərzində dəftərxana və çap xərcləri üçün nəşriyyatlardan da çox vəsait ayırması açıq-aşkar büdcə talançılığıdır. Keçirilmiş tenderlər barədə məlumatda xoruzun quyruğu görünür:

2013-cü ildə dəftərxana ləvazimatı anlması üçün Masallı Rayon. İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələr üzrə nümayəndəliklərinin ödədikləri məbləğlər:

Masallı şəhər nümayəndəliyi- 29 000 manat
Ərkivan qəsəbə nümayəndəliyi- 11 800 manat
Banbaşı nümayəndəliyi- 8 000 manat
Lürən nümayəndəliyi- 3 400 manat
Musakücə nümayəndəliyi- 3 800 manat
Xıl nümayəndəliyi- 3 650 manat
Yeddioymaq nümayəndəliyi- 4 000 manat
Qızılağac nümayəndəliyi- 6 180 manat
Xırmandalı nümayəndəliyi- 6 838 manat
Kalinovka nümayəndəliyi- 4 870 manat
Boradigah nümayəndəliyi- 6 750 manat
Alvadı nümayəndəliyi- 10 350 manat
Qəriblər nümayəndəliyi- 3 300 manat
Mahmudavar nümayəndəliyi- 8 580 manat
Şərəfə nümayəndəliyi- 6750 manat

Cəmi : 117 268 manat

Onu da qeyd edək ki, nümayəndəliklər pulları “Mübariz-2013" və "Gül-Al-2012" MMC-lərə ödəyiblər.

Geri qayıt