Əsas Səhifə > Gündəm, Manşet > FRANSADAN HANSI MƏMURUMUZA TƏHDİD GƏLDİ?
FRANSADAN HANSI MƏMURUMUZA TƏHDİD GƏLDİ?22-07-2013, 10:28 |
ELŞAD ABDULLAYEVİN BAZARLIĞI UĞURLU ALINMAYIB: YENİ VİDEO OLACAQ DİA.AZ: - Son günlər Elşad Abdullayevlə bağlı fərqli-fərqli xəbərlər yayılmaqdadır. Məsələn, xəbərlərdən aydın olur ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru ilə batğlı Fransanın prezidentinə də müraciət göndərilib və hətta bu günlərdə onun orqan mafiyası ilə əlaqədar Fransa polisi tərəfindən bir saat ərzində dindirildiyi də söylənilir. Amma bütün bunlara paralel olaraq keçmiş rektorun eyni zamanda köhnə seriallarını da davam etdirməsi faktdır. Bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, keçən həftə Elşad Abdullayev çox yüksək ranqlı məmurlardan biri ilə bazarlığa girişib. Mənbə iddia edir ki, keçmiş rektorun Bakıdakı adamları həmin məmura «səndən video var, yaxın günlərdə internetdə görəcəksən» şəklində ismarıc yollayıb, onu şantaj ediblər. Mənbənin bildirdiyinə görə, amma Elşad Abdullayevə məmur tərəfindən gözlənilməz cavab gəlib: «Keçmiş rektorun adamlarına bildirilib ki, necə istəyirsə, elə bilər. Yəni video varsa, yaysın. Əslində Elşad Abdullayevin burada məqsəd aşkar surətdə şantaj olub. Çünki həmin məmur məhz Elşad Abdullayevin durumunu çətinləşdirən orqan alveri ilə bağlı prosesə təsir göstərə bilər. Keçmiş rektor da bu yolla adamı zərərsizləşdirmək istəyib. Amma nail ola bilməyib». Mənbəmiz bildirir ki, hazırda Elşad Abdullayevin «səsyazma studiyasında» həmin məmurla bağlı videomaterial montaj olunmaqdadır: «Təbii ki, keçmiş rektor yenə də köhnə metodla davranacaq. Yəni mətbuatın sensassiya aclığından istifadə etməə çalışacaq. Amma nahaq yerə, artıq keçmiş rektorun videoserialları əhəmiyyətini itirib. Və aparılan müşahidələr də təsdiqləyir ki, Elşad Abdullayev ictimaiyyəti əvvəlki qədərində heyrətləndirə bilmir». Onu da bildirək ki, həqiqətən də Elşad Abdullayevin videolarına ictimai maraq demək olar ki, sıfır həddindədir. Əvvəllər hətta hökuməti belə içindən qarışdırma həddində olan Elşad Abdullayevin videoları reputasiya və əhəmiyyət baxımından nəinki Braziliya seriallarından da maraqsız hala düşüb, hətta insanlara «Tom və Cerri» cizgi filmini seyr etmək daha cəlbedicidir. Bu arada qeyd edək ki, əslində daha çox şantaja meyilli olan və əvvəlki xəttindən sapan Elşad Abdullayevin videolarının «Tom və Cerri» cizgi filmindən heç də fərqi yoxdur. Və Elşad Abdullayevin durumu da Cerrinin durumundan ərqli deyil. «Tom» kimdir, bilməsək də, hələlik Elşad Abdullayev «Tom»un əlindən qaça bilib. Amma hərə qədər?.. Geri qayıt |