Əsas Səhifə > Hadisə > HƏRBİ HİSSƏMİZDƏ DAHA BİR FACİƏ
HƏRBİ HİSSƏMİZDƏ DAHA BİR FACİƏ20-07-2013, 11:03 |
Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını gülləyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov posta olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Nəticədə Ş. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Geri qayıt |