Əsas Səhifə > Güney Press / Manşet > AZYAŞLI QIZI ZORLAYANIN AİLƏSİ TƏHLÜKƏDƏ
AZYAŞLI QIZI ZORLAYANIN AİLƏSİ TƏHLÜKƏDƏ19-07-2013, 17:13 |
![]() DİA.AZ: - Məlum olduğu kimi, Ağdaş rayonunda tükürpədici hadisə baş verib. Hadisə rayonun Məşəd kəndində qeydə alınıb. Kənd sakini, 1957-cı il təvəllüdlü Azər Məmmədov qonşusu 2001-ci il təvəllüdlü A.X-nı aldadaraq onun namusuna toxunub. Zərərçəkən A.X bildirib ki, o tez-tez Azər Məmmədovun mağazasına gedərək oradan çörək, şokolad, saqqız və digər qida məhsulları alırmış. Üç ay öncə Azər Məmmədov qıza su əvəzinə yuxu dərmanı verib və onun ağzını dəsmalla bağlayaraq cinsi təcavüz edib. O, A. X-ya hədə qorxu gələrək bildirib ki, bu məsələni üçüncü bir şəxs biləcəyi təqdirdə onu öldürəcək. O, qıza tez-tez pulsuz qida məhsulları da verərək onu ələ alıb. Qız 3 aylıq hamilə olduğu vaxt hadisə barədə onun anası xəbər tutub. Bu gün qıza təcavüz edən Azər Məmmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, A.X Ağdaş şəhər 8 saylı orta məktəbin 6-cı sinfində oxuyur. Bu gün qız ekspertiza üçün Bakı şəhərinə aparılıb. Məlumata görə, Məşəd kəndinin əhalisi bu hadisəni etirazla qarşılayıb. Kənd sakinləri Azər Məmmədovun evinə hücum etmək istəsələr də, polis əməkdaşları bu cəhdin qarşısını alıblar. Hazırda Azər Məmmədovun evi polis əməkdaşları tərəfindən mühafizə edilir. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Azər Məmmədovun qızı nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Təzə qohumlar Azər Məmmədovun bu hərəkətini etirazla qarşılayaraq qızın nişanını da geri qaytarıblar. DİA.AZ-a Ağdaşdan verilən məlumatlardan aydın olur ki, Məşəd kəndinin sakinləri bir az əvvəl rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov qarşısında şərt qoyaraq Azər Məmmədovun ailəsinin kənddən çıxarılmasını tələb ediblər. Bununla bağlı icra başçısının müavini artıq Məşəd kəndinə gəlib və yerli sakinlərlə söhbət gedir. Rayondakı qaynaq bildirir ki, əsəbləri tarıma çəkilmiş sakinlər Azər Məmmədovun dükanını artıq yandırmağa cəhd ediblər: В«Kənd sakinləri onun dükanını və evini yandıracağını bildirirlər. Əgər Azər Məmmədovun yaxınları kənddən çıxarılması vəziyyət daha da gərginləşə bilər. Hadisə yerində çoxlu sayda polis varВ». Geri qayıt |