Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ ABU REKTORU 1 SAAT ƏRZİNDƏ POLİSDƏ TUTULDU

KEÇMİŞ ABU REKTORU 1 SAAT ƏRZİNDƏ POLİSDƏ TUTULDU


19-07-2013, 16:14
KEÇMİŞ ABU REKTORU 1 SAAT ƏRZİNDƏ POLİSDƏ TUTULDU
DİA.AZ: - Bu dəqiqələrdə DİA.AZ-a maraqlı bir məlumat daxil olub. Fransadakı soydaşlarımızın redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev dünən axşam saatlarında Fransa polisi tərəfindən saxlanılıb.

Mənbə iddia edir ki, bir saat ərzində polisdə dindirildikdən sonra Elşad Abdullayev sərbəst buraxılıb.

Xatırladaq ki, Elşad Abdullayevin interpol xətti ilə axtarışa veriləcəyi ilə bağlı da xəbərlər yayılmışdı. Və iddia olunur ki, orqan alveri səbəbindən ABU-nun sabiq rektoruna qarşı Azərbaycanda və Ukraynada cinayət işi açılıb.

Bunları qeyd edən mənbəmiz bildirir ki, Elşad Abdullayevin də məhz bu səbəbdən Fransa polisi tərəfindən sorğu-sual edildiyi güman olunur: В«Amma maraqlıdır ki, bununla ballı Fransaya Azərbaycan tərəfindən yox, orqan mafiyası ilə bağlı hüquqi araşdırmalarla əlaqədar olaraq artıq onlarla vətəndaşını həbsə göndərmiş Ukrayna prokurorluğu tərəfindən müraciət edilibВ».

Onu da xatırladaq ki, bir neçə gün əvvəl ATƏT-in insan ticarəti ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Cammarinaro insan orqanlarının ticarətinə həsr olunmuş tədqiqatı dərc edib. Məlumatlardan aydın olurdu ki, tədqiqatda ATƏT məkanında qara transplantasiyaya dair faktlara, cinayət işlərinə yer verilib.

Tədqiqata Moldova, Türkiyə, Bolqarıstan, İsrail, Ukrayna və Kosovoda “Qara transplantasiya” hallarına dair faktlar daxil edilib. Bu sənəddə Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində 2009-cu ildə aparılmış “qara transplantasiya” halları da yer alıb. Sənəddə bildirilir ki, Bakıda keçirilən “qara transplantasiya” əməliyyatında Fransa, İsrail, ABŞ və Ukrayna vətəndaşları iştirak ediblər. Tibb mərkəzində qanunsuz əməliyyatlar 2009-cu ildə ukraynalı cərrahlar tərəfindən keçirilib. 13 Ukrayna vətəndaşı donorluq edib, insan orqanları üç xarici dövlətin vətəndaşlarına satılıb.

Tədqiqata əsasən, bu faktla bağlı ABU-nun tibb mərkəzinin əməkdaşlarına səlahiyyətlərindən sui-istifadə etmə (Azərbaycan CM, 308.2 maddə), cinayətkar qrup formalaşdırma və ticarət insan orqanları və hüceyrələrinin ticarəti və ya transplantasiya məqsədilə onların çıxarılması maddələri ilə cinayət işi başlanıb. Səhiyyə Nazirliyi ABU-nun tibb mərkəzinə tibbi xidmətlər göstərilməsi üçün verdiyi lisenziyanı ləğv edib.

ATƏT-in tədqiqatında bildirilir ki, Azərbaycan və Ukraynanın hüquq-mühafizə orqanları “qara transplantasiya”nın qarşısını almaq üçün qarşılıqlı əməkdaşlıq ediblər.

Geri qayıt