Əsas Səhifə > Sosial, Manşet > LERİKDƏ BAŞÇIYA ÜSYAN XƏBƏRDARLIĞI

LERİKDƏ BAŞÇIYA ÜSYAN XƏBƏRDARLIĞI


19-07-2013, 12:31
LERİKDƏ BAŞÇIYA ÜSYAN XƏBƏRDARLIĞI
RÖVŞƏN BAĞIROVUN TORPAQ ALVERİ YERLİ SAKİNLƏRİ ÇİLƏDƏN ÇIXARIB

DİA.AZ: - Lerik rayonunun icra başçısı Rövşən Bağırovdan yerli sakinlər narazılıq edirlər. DİA.AZ-a daxil olan müraciətdə narazı vətəndaşlar bildirir ki, icra başçısı rayon sakinlərinə aid pay torpaqlarını, dədə-baba torpaqlarını ayrı-ayrı şəxslərə necə gəldi satmaqla məşğuldur.

Sakinlər yazır: «Rövşən Bağırov Lerik camaatının ata-baba yurdunu belə satmaqdan çəkinmir. Bu gün yüzlərlə lerikli məhkəmə qapılarında qalıb. Səbəb isə birdir. Torpaqları əllərindən alınıb və kimlərsə həmin yerlərdə istirahət mərkəzi və yaxud da «priton» inşa etdirib».

Sakinlər bildirir ki, artıq Rövşən Bağırovun bu kimi davranışları onları çilədən çıxarıb:

«Biz sizin mətbuat orqanı vasitəsilə icra başçısına sözümüzü çatdırmaq istəyirik. Başqa bir yolumuz yoxdur. Çünki bu gün Rövşən Bağırovu Lerikdə tapmaq böyük müşküldür.

Qoy, o, eşitsin ki, Lerikdəki özbaşınalıqlarına son qoymazsa, qədim ənənələri olan rayonda müxtəlif əyləncə yerlərini inşa etməklə vətəndaşların əsəblərini korlamağa davam edərsə, ona qarşı biz rayon sakinləri ayağa qalxıb, Qubada, İsmayıllıda olduğu kimi, onun istefasına nail olacağıq».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt