Əsas Səhifə > Partiya > DEPUTAT KƏNAR MÜDAXİLƏNİ TƏSDİQLƏDİ
DEPUTAT KƏNAR MÜDAXİLƏNİ TƏSDİQLƏDİ19-07-2013, 12:11 |
"XALQ ÖZ RƏHBƏRİNİ SEÇMƏYƏ QADİRDİR" “Azərbaycanda hakimiyyəti xalq formalaşdırır və xalq öz rəhbərini seçməyə qadirdir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı müxalif mətbuat orqanlarında hakimiyyət dəyişikliyi olacağına dair iddialara münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, ölkəyə xaricdən inqilab idxal ediləcəyinə dair müzakirələr Azərbaycan xalqına həqarətdir: “Azərbaycanda hakimiyyəti xalq formalaşdırır. Seçkilərdə xalq kimə daha çox verirsə, hansı namizəd xalqın etimadını qazanırsa, o da dövlət başçısı seçilir. Xaricilərlə bağlı hər hansı bir fikrin səsləndirilməsi millətimizə həqarətdir. Bu o deməkdir ki, guya Azərbaycanda hakimiyyəti xalq deyil, xarici dövlətlər formalaşdırır. Azərbaycan xalqı öz rəhbərini seçməyə qadir xalqdır. Heç bir xarici dövlət Azərbaycanda ölkə başçısını seçə bilməz. Belə mülahizələri irəli sürənlər görünür özləri xarici dairələrə arxalanırlar. Bu isə hakimiyyətə iddialı olanların Azərbaycana hansı xoşagəlməzliklər vəd etməsindən xəbər verir. Unutmaq lazım deyil ki, Azərbaycan xalqının iradəsinin ziddinə olan hər hansı bir qərar xalqın özü tərəfindən rədd ediləcək”. Geri qayıt |