Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV RUSİYANIN GİZLİ DAİRƏLƏRİNDƏ
ELŞAD ABDULLAYEV RUSİYANIN GİZLİ DAİRƏLƏRİNDƏ19-07-2013, 11:15 |
ABU-NUN KEÇMİŞ REKTORU İLƏ BAĞLI ŞOK MƏLUMATLAR: KREML GÖRÜNDÜ… DİA.AZ: - Redaksiyamıza fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı ilginc məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, Elşad Abdullayevlə bağlı plan da sən demə, Azərbaycana son zamanlar təzyiqlərini artırmış Moskvada hazırlanıb və bui şin arxasında Kreml dayanmaqdadır. Mənbənin iddia etdikləri: «İlk əvvəl faktlara nəzər salın. Elşad Abdullayevin rəhbəri olduğu universitet 2010-cu ilin 1 sentyabr tarixində fəaliyyətini dayandırır. O, isə prezident seçkilərinə az qalmış videobombardmana başlayır. Yəni düz iki il sonra. Mahir Abdullayevin oğurlanması faktı isə daha qədimə aiddir. Və illər uzunu Elşad Abdullayev qardaşının itkin düşməsinə rəğmən öz kefində olur. Burada bir neçə prinsipial məqamlar var. Birincisi ondan ibarətdir ki, Elşad Abdullayev qardaşının oğurlanması faktı ilə bağlı «sübutlar» tooplamağa çalışdığı zaman, onun sanki adamları həmin mövzuda danışmağa vadar etməsi hiss olunur. Yəni Elşad Abdullayev sanki hansısa cinayət faktını ört-basdır etməyə çalışırmış kimi davranır. Bu isə zamanında Elşad Abdullayevin özünün öz qardaşını öldürtməsi ilə bağlı yayılan fikirləri təsdiqləməkdədir. Xatırladaq ki, bu barədə məlumatlar 7-8 ilin mətbuatında yer almışdı və qəzetlər yazırdı ki, Elşad Abdullayev qardaşının ondan pul oğurlaması səbəbindən onu qətlə yetirdib. Daha sonra isə Mahir Abdullayevin bir dağıstanlı tanınmışın qızına qarşı təcavüz etməsi faktına görə öldürüldüyü versiyası ortaya atıldı. Bunlar da bir yana. Elşad Abdullayev illər uzunu susur və yalnız özünə lazım olan «dəlilləri» toplayır. Və ABU bağlanandan, Elşad Abdullayevin xanədanı çökəndən sonra yalnız fəaliyyətə keçir. Və aşkar surətdə də hiss olunandır ki, Elşad Abdullayev sanki qardaşının gerçək aqibətini bili rvə sadəcə olaraq, şantajla məşğuldur. Ən qabarıq hiss olunanı isə Elşad Abdullayevin konkret siyasi düstura əməl etməsidir. Yəni SƏDAQƏTLİ YAP-ÇI olan Elşad Abdullayev bu gün Avropa Azərbaycanlılarının Milli Birlik Şurası adlı təşkilatın sədr müavini kimi hakimiyyətə qarşı savaş elən edir». Mənbəmiz AAMBŞ-nin də arxasında Ruiyanın xüsusi xidmət orqanlarının dayandığını iddia edir: «Bu təşkilat Avropada yaransa da, Rusiyanın xüsusi xidhmət orqanlarının nəzarəti altındadır. Elşad Abdullayev də həmin təşkilata təsadüfi olaraq sədr müavini gətirilməyib. Həm pul kisəsidir, həm də üzərinə düşən missiyanı icra etməlidir. Diqqət yetirin, AAMBŞ-də hətta Azərbaycanda separatçı kimi tanınan Ataxan Əbilov kimi simalar da yer alır. Və ən diqqətçəkəni isə odur ki, AAMBŞ-də təmsil olunanların əksəriyyətinin Avropa ölkələrindən siyasi sığınacaq almaları çox çətin başa gəlib. Yəni Avropa ölkələrində həmin şəxslərə etimad olmadığından, onlar bu şəbəkənin Rusiyaya bağlı olduqlarını bildiklərindən kifayət qədər ehtiyatlı davranıblar. Və bu gün Elşad Abdullayev separatçıların meydan suladığı AAMBŞ-də xüsusi mövqeyə sahibdir» Daha sonra mənbəmiz şok iddialarını ortaya qoyur: «Elşad Abdullayev Ruiyanın «Milyarderlər İttifaqı», Milli Şura layihələrinə paralel olaraq hərəkətə keçir. Hər halda, onun 2 il gözləməsinə heç bir ehtiyac yox idi. Və prezident seçkilərinin Elşad Abdullayevin videobombardmanı üçün vaxt olaraq seçilməsi də hər şeyi demədədir. Yəni hədəfdə rəsmi Bakıdır. Burada ola bilsin ki, hansısa fərdlər müvəqqəti olaraq Elşad Abdullayevin vidobombardmanının hədəfi kimi görünür. Amma bütün bunlar müvəqqəti xarakter daşıyır. Elşad Abdullayevin əsas hədəfi rəsmi Bakıdır və bu da Rusiyadan gələn sifarişdir. Ən əsas faktlardan biri isə hələ də ABU-nun Moskva filialının fəaliyyətdə olmasıdır. Diqqət yetirin, ABU-nun özünün fəaliyyəti dayandırılır, amma Moskva filialı hələ də fəaliyyətini davam etdirir. Bunun adına rəsmən HİMAYƏ demək olar. Rusların Elşad Abdullayevi himayə etməsini sübutlayan əsas məqamlardan biri də onun zaman-zaman Rusiya prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılması faktları olub. Hətta Putin Elşad Abdullayevə saat da bağışlayıb. Saatın isə kimlər üçün xüsusi hədiyyə olduğunu və xüsusi anlam daşıdığını hər kəs yaxşı bilir. Əsasən hərbçilər, polislər, xüsusi xidmət orqanlarının əməkdaşları xidmətlərinin müqabilində saatla mükafatlandırılırlar. Görünür, Putin də bir çekist kimi Elşad Abdullayevin xidmətlərindən məmnun qalaraq onu məhz bu şəkildə mükafatlandırıb». Geri qayıt |