Əsas Səhifə > Ölkə > FÜZULİ ƏLƏKBƏROV ŞİKAYƏTÇİLƏRİ DİNLƏDİ

FÜZULİ ƏLƏKBƏROV ŞİKAYƏTÇİLƏRİ DİNLƏDİ


26-12-2011, 14:34
FÜZULİ ƏLƏKBƏROV ŞİKAYƏTÇİLƏRİ DİNLƏDİ

NAZİRİN QƏBULUNDA NƏLƏRDƏN DANIŞILIB?

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) nazir Fizuli Ələkbərov Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə bir qrup vətəndaşı qəbul edərək onların şikayətlərini dinləyib.

“APA-ECONOMICS”in məlumatına görə, ölkə prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparaına, ƏƏSMN-ə və digər qurumlara şikayət ərizələri ünvanlayan həmin vətəndaşların qəbulu prosesində nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri də iştirak ediblər.

Vətəndaşları tək-tək qəbul edən nazir onların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı şikayətləri ilə tanış olub. F.Ələkbərov ərizələrin obyektiv şəkildə araşdırılması üçün müvafiq strukturlara göstərişlər verib. Nazir ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edən bəzi əmək qabiliyyətli insanların işlə təmin olunmaları və birdəfəlik ünvanlı sosial yardım - “Özünüdəstək” proqramına cəlb edilməsi üçün aidiyyəti strukturlara tapşırıqlar verib.

Qeyd edək ki, bu il F.Ələkbərov və nazirliyin məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Bakı, Ağcabədi, Yevlax, Masallı, Şabran, Gəncə, Samux şəhər və rayonlarında olaraq 300 nəfərdən artıq vətəndaşı qəbul edib və müraciətlərini araşdırıb.


Geri qayıt