Əsas Səhifə > Hadisə > FACİƏDƏ REKORD QIRDIQ

FACİƏDƏ REKORD QIRDIQ


18-07-2013, 11:38
FACİƏDƏ REKORD QIRDIQ
MAŞIN SÜRƏ BİLMİRİK DƏ...

İyul ayı ərzində respublikanın yollarında baş verən qəzaların sayı xeyli azalıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib.
Əliyevin sözlərinə görə, xüsusilə son günlər hadisələrin sayında əməlli-başlı azalma müşahidə olunur:
"Məsələn, iyulun 15-də və 16-da respublikada baş verən yol qəzaları zamanı hər gün cəmi 1 ölüm faktı qeydə alınıb. Dünən, iyulun 17-də isə respublikada ümumiyyətlə ölümlə nəticələnən hadisə baş verməyib. Yəni son 3 gün ərzində Azərbaycanda cəmi 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ümumiyyətlə hələ ki, iyul ayında yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edirik. Halbuki, biz neçə illərdir deyirdik ki, ölkədə ən çox hadisə iyul-avqust aylarında olur."
Hazırda yol polisinin gücləndirilmiş iş rejimində çalışdığını deyən şöbə rəisi sürücüləri nəqliyyat vasiələrini idarə edərkən bird aha diqqətlə olmağa çağırıb:
"Yol polisi hazırda gücləndirilmiş iş rejimində işləyir. Şənbə və bazar günləri xüsusi reydlər keçirilir. Amma bununla yanaşı sürücülər də bir az məsuliyyətli olmalıdırlar. Çünki qəzada ölən də, yaralanan da sürücü və onun sərnişinləri olur."
Qeyd edək ki, bu il yanvar ayının 1-dən iyul ayının 1-ə qədər respublikada 1366 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 556 nəfər ölüb, 1452 nəfər xəsarət alıb.

Geri qayıt