Əsas Səhifə > Ölkə > 11 YAŞLI UŞAQ QƏZA TÖRƏTDİ

11 YAŞLI UŞAQ QƏZA TÖRƏTDİ


26-12-2011, 12:51
11 YAŞLI UŞAQ QƏZA TÖRƏTDİ

BU HAL, ARTIQ ƏNƏNƏVİ XARAKTER ALIR

Azərbaycanda 11 yaşlı uşaq yol qəzası törədib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə Bakı-Quba yolunun 8-ci kilometrliyində qeydə alınıb. Sumqayıt şəhər sakini 28 yaşlı Sirac Tağızadənin idarə etdiyi «Hyundai» markalı avtobus, Bakı sakini 11 yaşlı Ülvi Qasımovun idarə etdiyi «VAZ-21074» markalı avtomaşınla toqquşub.

Nəticədə Ülvi Qasımov və sərnişinləri Asim Nəbiyev və Ukrayna vətəndaşı Faina Kabanovskaya xəstəxanaya yerləşdiriliblər. Asim Nəbiyev orada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə orta-ağırdır.


Geri qayıt