Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANA QARŞI SENTYABR FORUMU TƏDARÜKÜ
AZƏRBAYCANA QARŞI SENTYABR FORUMU TƏDARÜKÜ18-07-2013, 10:14 |
TƏZYİQ ALƏTİNDƏ KEÇMİŞ MƏMURLAR, İMKANLILAR YER ALMAQDADIR DİA.AZ: - Kremlin Azərbaycana qarşı təzyiq vasitəsi kimi düşündüyü, başında Azərbaycanın baş nazirinin keçmiş müavini Abbas Abbasovun dayandığı, cəmiyyətdə «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) öz sıralarına yeni simaları qatmağa hazırlaşır. Bu barədə DİA.AZ-a Rusiyadakı soydaşlarımız xəbər verib. Xatırladaq ki, keçən günlərdə də ayrı-ayrı tanınmış azərbaycanlıların, habelə Rusiyanın ali təhsil ocaqlarında tədris alan gənclərimizin müxtəlif üsul və təzyiqlərlə RATİ-yə cəlb olunması barədə məlumat vermişdik. Məsələn, bildirilirdi ki, RATİ-yə üzv olan, onun işində yaxından iştirak edən tələbə gəncə «Milyarderlər İttifaqı» tərəfindən əlavə təqaüd kəsilir. Eləcə də iş adamlarının RATİ-yə qoşulacağı da planlaşdırılır. Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, artıq Rusiyadakı bir sıra sabiqlər RATİ-nin bu ilin sentyabr ayına nəzərdə tutulan forumuna hazırlaşdırılır: «Onlara tapşırılıb ki, sentyabr ayındakı forumda RATİ-yə nümayişkaranə şəkildə üzv olmalıdırlar. Burada əsas hədəf seçkiqabağı rəsmi Bakıya güc nümayiş etdirməkdən ibarətdir». Onu da bildirək ki, RATİ-nin yeni üzvləri arasında zamanında Azərbaycanda müxtəliv dövləti vəzifə tutmuş şəxslər də var. Məsələn bu əsnada Masallının keçmiş icra başçısı Teymur Yəhyayevin adını xüsusi olaraq vurğulamaq lazımdır. Mənbəmiz bir maraqlı faktı da açıqlayıb. Məsələ Prezidentin İcra Aparatının işlər idarəsinin keçmiş müdiri Akif Muradverdiyevlə bağlıdır. Qaynaq iddia edir ki, Akif Muradverdiyev əslində Azərbaycandan birdəfəlik olaraq Rusiyayaya gedirmiş: «Yəni o, Rusiyada oturaraq Bakıya qarşı proseslərə dəstək verməli idi. Və bu haqda rəsmi Bakının bilgi əldə etməsi Muradverdiyevin həbsinə nədən olub». Geri qayıt |