Əsas Səhifə > Partiya > FƏRƏC QULİYEV ETİMADI DOĞRULTMADI
FƏRƏC QULİYEV ETİMADI DOĞRULTMADI26-12-2011, 11:42 |
DEPUTATA QARŞI KAMPANİYAYA START VERİLİR 31 saylı Suraxanı seçki dairəsinin seçiciləri onların dairələrində millt vəkili olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə qarşı pilet təşkil etməyi planlaşdırırlar. Buna səbəb isə millət vəkilinin seçicilərinin problemlərinə sayğısız yanaşması və seçicilərinə gərəkən diqqəti göstəməməsidir. Daxil olan məlumatda bildirilir ki, Suraxanı seçiciləri dəfələrlə millət vəkili Fərəc Quliyevə müxtəlif problemlərlə bağlı müraciət etsələrdə onlar millət vəkilindən quru vədlərdən başqa heç bir ala bilmirlər. Yeni Günəşlinin Bakının ən problemli yaşayış sahələrindən biri olduğunu bildirən şikayətçilər qeyd edirlər ki, Fərəc Quliyev millət vəkili seçilmək üçün onlara çeşidli vədlər verib. İndi də o vədləri verməkdə davam edir. Amma ən kiçik bir problemlə bağlı millət vəkilinə müraciət edildiyi zaman millət vəkili öncə vəd verir, sonra isə müxtəlif vasitələrlə özünü kənara çəkir Məlumatda qeyd olunur ki, bir qrup seçici yaxın günlərdə Milli Dirçəliş Hərəkatı Partiyasının Qərargahı qarşısında piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər. Məlumatda bildirilir ki, etirazçılar piket zamanı «Verdiyin vədlərə əməl et» «Biz yalan vədlərdən doymuşuq» və s. kimi şüarlar səsələndiriləcək. Həmçinin qeyd olunur ki, hakimiyyət orqanları onların piket keçirmək üçün müraciətlərinə rədd cavabı verilsə belə, onlar dekabrın 29-da nəzərdə tutduqları aksiyanı həyata keçirəcəklər. Bundan başqa qeyd olunur ki, narazı seçicilər mətbuat konfransı keçirərək Fərəc Quliyevin onlara olan münasibətini ictimaiyyətlə paylaşacaqlar (PİA.AZ). Geri qayıt |