Əsas Səhifə > Siyasət, Manşet > MASALLIDA YOLLARA SƏPƏLƏNƏN BÜDCƏ PULLARI

MASALLIDA YOLLARA SƏPƏLƏNƏN BÜDCƏ PULLARI


17-07-2013, 10:09
MASALLIDA YOLLARA SƏPƏLƏNƏN BÜDCƏ PULLARI
DİA.AZ: - Masallı rayonunun Hacıtəpə kənd sakinləri şikayət məktubu ünvanlayıb. DİA.AZ bildirir ki, bu barədə infom. az portalı xəbər yayıb. Məktubda qeyd olunur ki, axrıncı dəfə sovetlər dönəmində təmir olunan 7 kilometrlik Xırmandalı -Həsənli avtomobil yolu indiyədək bərbad vəziyyətdədir. Nəhayət bu ilin may ayında rayon icra hakimiyəti bu ərazilərdə yaşayan kənd sakinlərinin dəfələrlə etdikləri haqlı narazılıqları nəzərə alıb, "Elnur-2" şirkətinin hesabına 1 080 000 manat pul köçürüb ki, bu yolu əsaslı təmir etsin. Bir ay bundan öncə yolun təmirinə başlayan şirkət cəmi 3 km kefiyətsiz yol çəkib və işləri yarımçıq qoyub. Sakinlər vəziyətlə maraqlanada, şirkət yetkililəri deyiblər ki, ayrılmış pul xərclənib, təmiri başa çatdırmağa əlavə vəsait lazımdır.

Sakinlər yazır: “Biz bunu təcüblə qarşıladıq. Sadə hesablama ilə 1 “Kamaz” hazır asfaltı istədiyimiz zavoddan 1000 manata alıb, onu 120 kv metr (eni 6, uzunu isə 20 m olmaqla) yerə normal döşəmək olar. Bu hesabla 10 “Kamaz”la 200 metr, 50 “Kamaz”la 1 km, 100 “Kamaz”la 2 km, 350 “Kamaz”la bütöv yolu asfaltlamaq olar. Bunun da maya dəyəri 350 min manat edir. Digər xərclər (hamarlama, bərkitmə, yola çınqıl tökülməsi, işçilərin əmək haqqı və s) olsun bundan 2 dəfə çox- 700 min manat. Göründüyü kimi, ayrılmış 1, 08 milyon manatla bu yolu artıqlaması ilə çəkmək olardı.

Bunu biz hesabladıq, bəs icra hakimiyyəti, maliyyə işçiləri vəsait ayıranda bilmirdilərmi yolun təmiri neçəyə başa gələr? Məgər milyondan artıq büdcə vəsaiti sərf edilən işə görə tender keçirilməyibmi, tenderin şərtləri əvvəlcədən açıqlanmayıbmı?

Qeyd edək ki, bu şirkət Masallıda yerli əhəmiyyətli digər yolları da təmir etmək üçün müəyyən öhdəliklər götürüb, icra hakimiyyətindən külli miqdarda vəsait alıb.Amma Xırmandalı -Həsənli yolunun indiki aqibəti bu şirkətin digər öhdəliklərə əməl edəcəyinə bizdə əsaslı şübhə yaradır. O da sirr deyil ki, eyni iş üçün bir neçə dəfə vəsait ayrılması büdcə talançılığına xidmət edir.”

Geri qayıt