Əsas Səhifə > Gündəm, Manşet > SÖYÜN SADIXOVA BAKIDAN İQTİSADİ ZƏRBƏ GƏLİR
SÖYÜN SADIXOVA BAKIDAN İQTİSADİ ZƏRBƏ GƏLİR17-07-2013, 10:05 |
PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ İKİ OTELDƏ PAY SAHİBİ İMİŞ DİA.AZ: - Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti, iqtisad elmləri namizədi, biznesmen, Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov bir müddət əvvəl Azərbaycan mətbuatına verdiyi müsahibəsilə rəsmi Bakı ilə münasibətlərində açıq oynamağa başladığını nümayiş etdirmiş oldu. Yəni əgər buna qədər «mən İlham Əliyevi dəstəkləyirəm» deyən Söyün Sadıxov, son müsahibəsilə hazırki Azərbaycan iqtidarına az qala düşmən münasibətdə dayandığını nümayiş etdirdi. Təbii ki, bütün bunlar əslində fərdlərin yox, regionda cərəyan edən geopolitik yenilənmələr fonunda dövlətlərin fikir, mövqe toqquşmasıdır. Və Söyün Sadıxov da vətəni hesab etdiyi Rusiyanın maraqlarından çıxış etməkdədir. DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, rəsmi Bakının da Söyün Sadıxovu sıxma imkanları kifayət qədərdir. Bu barədə mənbənin söylədikləri: «Putinin səlahiyyətli nümayəndəsi olan Söyün Sadıxov eyni zamanda Azərbaycanda biznesə malikdir. Bu barədə az adam məlumatlı olsa da, Söyün Sadıxovun Azərbaycanda ortaq olaraq iki oteli və bir istirahət mərkəzini işlətdiyi məlum olub. Və artıq həmin otel və istirahət mərkəzləri ilə bağlı məsələ diqqət mərkəzindədir». Mənbəmiz iddia edir ki, yaxın günlərdə həmin obyektlərlə bağlı addım atılacaq: «Hansısa dövlət qurumu - bu mədəniyyət və turizm nazirliyi də ola bilər, vergilər nazirliyi də, bir başqası da - müdaxilə edərək obyektlərin fəaliyyətini əngəlləyəcək qərarını açıqlayacaq. Bundan sonra isə həmin istirahət mərkəzi və otellərin əl dəyişdirməsi prosesinə baş vurulacaq. Artıq Söyün Sadıxov da bununla bağlı məlumatlıdır. Və o Bakıdakı biznesinin əldən çıxmasına yalnız seyrçi qalmaqla yetinəcək». Geri qayıt |