Əsas Səhifə > Güney Press / Manşet > BİR PARTİYANIN HESABINA 10 QAT ARTIQ PUL AYRILIB

BİR PARTİYANIN HESABINA 10 QAT ARTIQ PUL AYRILIB


16-07-2013, 17:24
BİR PARTİYANIN HESABINA 10 QAT ARTIQ PUL AYRILIB
DİA.AZ: - Məlum olduğu kimi, təxminən 10 gün əvvəl partiyalara dövlət büdcəsindən pul vəsaitləri ayrıldı. Dövlət büdcəsindən siyasi partiyalara ayrılan pulların növbəti - 2013-cü ilin ikinci rüb üzrə olan hissəsi də artıq siyasi qurumların hesablarına köçürülüb. Qeyd edək ki, siyasi partiyalar birinci rübdə nə qədər vəsait alıbsa, ikinci rübdə də onların hesabına bir o qədər vəsait köçürülüb.
2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi bölgüsünə uyğun olaraq, pul vasaitləri sözügedən qurumlara aşağıdakı kimi bölünüb:

Yeni Azərbaycan Partiyasına 286281,47 manat;
Vətəndaş Həmrəyliyi Partiyasına 34022,452 manat;
Ana Vətən Partiyasına 30257,392 manat;
Sosial Rifah Partiyasına, Azərbaycan Demokratik İslahatlar Partiyasına, Azərbaycan Ümid Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına 26492,355 manat;
Vətəndaş Birliyi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Ədalət Partiyası 26492,332 manat.

DİA.AZ-a bu barədə daxil olan məlumatda deyilir ki, maliyyə nazirliyi tərəfindən pul köçürməsi zamanı yanlışlığa yol verilib və nəticədə partiyalardan birinin hesabına 300 min manatdan çox vəsait köçürülüb.

Mənbə iddia edir ki, həmin pul vəsaitinin miqdarı partiya sədrini də çaşdırıb (müəyyən səbəblərə görə ad açıqlamırıq -red.): В«Amma həmin partiya sədri 3 gün ərzində kimisə məlumatlandırmayıb və yalnız maliyyə nazirliyinin ekspertləri işə qarışdıqdan sonra hesaba köçürülən əlavə pul yenidən partiyanın müvafiq bank hesabından geri çəkilibВ».

Mənbəmiz bildirir ki, ən maraqlısı partiya sədrinin davranışları olub: В«Partiya sədri özünü elə aparıb ki, guya hesaba köçürülən pulun məbləğindən xəbərsiz olubВ».

Geri qayıt