Əsas Səhifə > Güney Press / Manşet > SAATLIDA "ÜÇBAŞLI ƏJDAHA" PEYDA OLUB

SAATLIDA "ÜÇBAŞLI ƏJDAHA" PEYDA OLUB


16-07-2013, 16:40
SAATLIDA "ÜÇBAŞLI ƏJDAHA" PEYDA OLUB
DİA.AZ: - В«Orucumuzu pomidorla, qarpızla açmaq zorunda qalmışıq. Belə də Allahsızlıq olar?В» Bu ifadələr DİA.AZ-a müraciət etmiş bir qrup Saatlı sakininin məktubunda yer alıb.

Saatlıda orta məktəbdə çalışan müəllimlər adından müraciət edən narazı vətəndaşlar bildirir ki, iyul ayının 16-sı olmasına baxmayaraq, hələ də məzuniyyət pullarını ala bilməyiblər: В«Bu işdə təhsil şöbəsinin müdiri Kamil Nurəliyev çarəsizdir. Çünki rayonu ələ keçirmiş məşhur üçlük bütün büdcə pullarını şəxsi vəsaiti kimi xərcləməkdədirВ».

Sakinlər bildirir ki, başda icra başçısı Siraqəddin Cabbarov, onun müavini İlham Quliyev və maliyyə şöbəsinin müdiri Namiq Bağırov olmaqla bu şəbəkə rayonda bütün büdcə pullarını mənimsəyirlər: В«Bu üçlük üçbaşlı əjdaha kimi büdcə təşkilatlarındakı pulları həzm-ravedən keçirir. Biz də oruc tutan, Allahın yolunu tutan adamlarıq. İftar vaxtı imkansızlıqdan orucumuzu qarpızla, pomidorla açmalı oluruq. Bu zülmü Allah götürməz axı?В».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt