Əsas Səhifə > Siyasət, Manşet > BÜDCƏ TƏŞKİLATLARINA “SEÇKİ PULU” XOFU

BÜDCƏ TƏŞKİLATLARINA “SEÇKİ PULU” XOFU


16-07-2013, 12:33
BÜDCƏ TƏŞKİLATLARINA “SEÇKİ PULU” XOFU
METROPOLİTEN QABAĞA DÜŞÜB: TAĞI ƏHMƏDOV İKİ AYLIQ MAAŞLARI TUTUR

DİA.AZ: - Prezident seçkiləri artıq qapıya dirənib. İki ay yarımdan sonra Azərbaycanda növbəti president seçkiləridir. Bu da sanki işbaz məmurlar üçün bir fürsətə çevrilib. Hər halda DİA.AZ-a ayrı-ayrı ünvanlardan daxil olan informasiyalardan bu qənaət formalaşır. Daxil olan məlumatlara görə, dövlət büdcələrində çalışanların hər birindən yenidən «seçki pulu» vergiləri yığılmağa başlayıb. Qəribədir ki, ayrı-ayrı idarə və müəssisələrdə yığılan verginin məbləği fərqlidir. Yəni hər yerdə olduğu kimi məmurlarımız bu məsələdə də korrupsiya və mənimsəmə hallarına yol verirlər.

DİA.AZ-a bu barədə daxil olan məlumatda bildirilir ki, Bakı metropolitenində hər bir işçinin maaşından 10-20 manat arasında məbləğ «seçki pulu» vergisi adı ilə tutulmaqdadır. Xatırladaq ki, Metropolitenin 5000 işçisi var və ortada olan məbləğ heç də kiçik görünmür.

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, eyni qaydada digər büdcə təşkilatında çalışanlardan da bu ayın sonlarından etibarən pul tutulmağa başlayacaq. Göründüyü kimi, bu yolla seçkilərin asanlıqla yola verilməsi nəzərdə tutulub.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, ən acınacaqlı hal isə sahibkarlarla bağlıdır. Məsələn artıq Xaçmazdan redaksiyamıza daxil olan informasiyada qeyd olunur ki, icra başçısı Şəmsəddin Xanbabayev bir neçə sahibkarı seçkilərin keçirilməsi üçün səfərbər edib: «Əslində, bu yaxşı variantdır. Yəni bir var, bütün büdcə təşkilatında çalışanları narazı salasan, bir də var ağırlığı bir-iki nəfərin çiyninə qoyasan».

Geri qayıt