Əsas Səhifə > Siyasət, Manşet > AĞSTAFA SAKİNLƏRİ NAZİRİ RAYONA ÇAĞIRDILAR
AĞSTAFA SAKİNLƏRİ NAZİRİ RAYONA ÇAĞIRDILAR16-07-2013, 11:10 |
RAYON XƏSTƏXANASININ BAŞ HƏKİMİ RƏSMƏN ÖZBAŞINALIQ YARADIB DİA.AZ: - Redaksiyamıza Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə bağlı şikayət ünvanlanıb. Şikayətçilər DİA.AZ-a müraciətlərində bildirirlər ki, onlar problemin həllini yalnızsəhiyyə naziri Oqtay Şirəliyevin müdaxiləsində görürlər və hətta yerli Ağstafa camaatı naziri rayona dəvət də edir. Şikayətçilərin bildirdiyinə görə, baş həkim adıçəkilən tibb ocağının maddi-texniki bazasının yaxşılaşdırılması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilmir. Elə buna görə də ayrı-ayrı vaxtlarda dövlət tərəfindən ayrılmış külli miqdarda vəsait müxtəlif yollarla mənimsənilir. Baş həkim İlham Mustafayev büdcədən ayrılan pulları Bakıda ev almağa, rayonun səfalı yerlərində özünə villa tikməyə, yeni-yeni obyektlərin əldə edilməsinə sərf edir. Nəticədə, Ağstafada normal tibbi xidmət müşkülə çevrilib. Ağstafa sakinləri DİA.AZ-a yazır: "İlham Mustafayev elə bil ki, xəstəxanada bazar açıb. Pulun yoxdursa, yıxılıb ölməlisən. Biz dərdimizi kimə deməliyik? Bu insanın əməllərinə göz yuma bilmirik. Ölkəmizdə pulsuz tibbi xidmət deyilən şey var, rüşvət yığmaq olmaz. Bu, əsl cinayətdir". Şikayətçilər qeyd edirlər ki, savadsız kadrların səhvi üzündən xəstələr düzgün müalicə ala bilmirlər: "Həkimlərin savadı yetərli deyil. Bəzən yazılan reseptlərin müalicəyə ehtiyacı olan xəstələrin xəstəliyi ilə üst-üstə düşmədiyi aydın olur. Yəni həkimlər özlərindən səhv resept yazıb pul qazanırlar. Buna göz yummaq olmaz. Ağstafanın kəndlərində dərman problemi yaşanır. Bunun isə əsas səbəbi kənd xəstəxanalarına və ambulotoriyalarına ayrılan dərmanların Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev tərəfindən apteklərdə satılmasıdır". Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik. Geri qayıt |