Əsas Səhifə > Güney Press / Manşet > BAKI MERİNİN YENİ MAXİNASİYASI
BAKI MERİNİN YENİ MAXİNASİYASI23-12-2011, 18:23 |
![]() TƏMİR-TİKİNTİ ADI ALTINDA MİLYONLAR YEYİLİR DİA.AZ: - Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı prezident İlham Əliyev dekabrın 16-da sərəncam verib. Sərəncamla Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılsın. Bununla bu il mayı ayından sonra paytaxtda təmir-tikinti işlərinə ayrılan vəsaitin həcmi 210 milyon manata yüksəldi. 2011-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər zamanı eyni istiqamətə 198 milyon manat vəsait ayrılıb. Ekspertlər paytaxtda binaların təmiri, işıqlandırılması və əhalinin köçürülməsi üzrə xərc maddəsinin belə böyük həddə qaldırılmasını В«Eurovision-2012В» mahnı yarışması ilə əlaqələndirirlər. Əks təqdirdə Bakıda binaların təmir-bərpa işlərinə, abadlaşmasına 2011-ci ildə ümumi 360 milyon manat vəsat ayırlmasına baxmayaraq, prezidentin ehtiyat fondundan 10 milyon manatın ayrılmasının hansı zərurətdən irəli gəldiyi sual yaradır. Ekspertlərin hesablamalarına istinad etsək, təkcə 2011-ci ilin ikinci yarısında Bakıda keçiriləcək yarış üçün dolayısı və birbaşa yollar təqribən 600 milyon manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulub. Müqayisə üçün yazaq ki, 2012-ci ilin büdcə müzakirələri zamanı aqrar sektora sərmayələrin həcminin ən azı 100 milyon manata qədər qaldırılması təklif olunsa da, hökumət bunu qəti şəkildə rədd etdi. Kənd təssərrüfatı sektoruna büdcədən ayrılan sərmayələrin həcmi cəmi 12,5 milyon manat səviyyəsində qaldı. Halbuki, ölkənin ərzaq təhlükəsizliyi beynəlxalq müsabiqələrdən daha çox əhəmiyyət kəsb edir. Artıq aqrar sektorun idxaldan asılılığı təhlükəli həddə çatıb. Ekspertlərin hesablamalarına görə, sözügedən sektora ildə 100 milyon manat vəsait ayrılarsa, yüksək məhsuldarlıq əldə etmək olar. Hökumət isə neftdən gələn vəsaitləri heç bir gəlir gətirməyəcək sahələrə sərf edir. Onu da bildirək ki, 2011-ci ildə Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb. 2011-ci ildə şəhərin abadlaşdırılması üçün toplam 360 milyon manat vəsait xərclənib. Bəs, yenidən 10 milyon manatın ayrılması hansı zərurətdən yaranıb? Öncə Elmlər Akademiyasında, Bakı Dövlət Universitetinin qarşısında bir neçə aydır davam edən tikinti işləri ilə maraqlanırıq. Asfalt yolun dörd bir yanı hasara alınıb. Tələbələr dərsə getmək üçün əvvəl toza bulaşıb, sonra universitetə daxil olurlar. Fəhlələr tikintinin nə vaxt bitəcəyini bilmirlər. Universitetlə üzbəüz yolda radiasiya Problemləri İnstitutu yerləşir. İnstitutun üzlük daşları, dam örtüyü və bəzi otaqlar təmirə dayanıb. BDU-nun həyətində daş döşəmələr dəyişdirilir. Universitetin tələbəsi deyir ki, sentyabrda dərsə gələrkən təmir gedirdi və hələ də qurtarmayıb. Azərbaycan Texniki Universitetində də təmir gedir. Fəhlə deyir ki, mərmər döşəmənin kvmetrini 5 manata döşəyirlər. Səbail rayonu Lermantov küçəsində daş döşəmə dəyişdirilir. İş icraçısı kimi göstərdikləri şəxs isə heç bir sualımızı cavablandırmaq istəmir. Dənizkənarı Milli Park, yəni Bulvarda da abadlıq işləri gedir. Əsasən yer üzlükləri dəyişdirilir. Amma bir gecəlik yaxış bəs edər ki, milyonlar sərv edilən təmir işlərinin keyfiyyəti (əslində keyfiyyətsizliyi) üzə çıxmış olsun. Geri qayıt |