Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ HƏSƏNOV NƏDƏN HƏDƏFƏ ÇEVRİLƏ BİLƏR?
ƏLİ HƏSƏNOV NƏDƏN HƏDƏFƏ ÇEVRİLƏ BİLƏR?15-07-2013, 13:28 |
PA-NIN ŞÖBƏ MÜDİRİ ÜMUMİQTİDAR MARAQLARINI TƏHLÜKƏ ALTINA ATIR DİA.AZ: - «Hakimiyyət daxilində prezident seçkilərilə bağlı tərəddüdlərin yaradılması konkret olaraq təxribatdır». Bu şok açıqlamanı DİA.AZ-a Nazirlər Kabinetindəki mənbəmiz bildirib. Qaynaq iddia edir ki, əslində hakimiyyətin keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə bir neçə namizədlə qatılacağı və yaxud da İlham Əliyevin geri çəkiləcəyi ilə bağlı təəssüratların yaradılması bu gün Prezident Administrasiyasında oturan və hakimiyyətə süni problemlər yaradaraq «onları dəf etməklə» məşğul olan bir şəbəkənin ixrac və təbliğ etdiyi situasiyadır. Mənbə redaksiyamıza bildirib ki, bununla bağlı kimlərinsə cəzalandırılması da gözlənilir: «Bu gün Prezident Administrasyiasının şöbə müdiri Əli Həsənovun əlində mətbu şəbəkə var və bu şəbəkə israrla hakimiyyət düşərgəsinin monolitliliyini şübhəyə alan, yuxarıda qeyd etdiyimiz məqama uyğun materialları ictimailəşdirməklə məşğuldur. Bu günlərdə isə bu proseslə bağlı PA-da qapalı toplantı da keçirilib. Toplantını idarə edən Əli Həsənov PA şefi Ramiz Mehdiyevin adından adamlarına təlimatlarını verib». Mənbəmizin bildirdiyinə görə, PA-dakı əks-qütb təmsilçiləri arxasında Ramiz Mehdiyevin dayandığı məlum prosesin əslində təhlükəli maraqlara xidmət etdiyini və hətta son zamanlar Azərbaycana təzyiqlərini artıran Kremlin belə bu prosesə dəstək verdiyini tam dəlillərlə sübuta yetiriblər: «Əldə olunan faktlar isə ən üst düzəyə təqdim olunub. Qərar verilməlidir. Ən azından Əli Həsənov cəzasız buraxılmayacaq». Geri qayıt |