Əsas Səhifə > Gündəm, Manşet > NƏRGİZ TİBB MƏRKƏZİNDƏ RAMAZAN MƏZƏSİ

NƏRGİZ TİBB MƏRKƏZİNDƏ RAMAZAN MƏZƏSİ


15-07-2013, 11:45
NƏRGİZ TİBB MƏRKƏZİNDƏ RAMAZAN MƏZƏSİ
KLİNİKA BAŞBİLƏNLƏRİ PULSUZ KAMPANİYA ELAN ETSƏ DƏ, NARAZILIQ VAR

DİA.AZ: - «Nərgiz» Tibb Mərkəzi ilə bağlı yerli mətbuatda kifayət qədər vətəndaş narazılıqları yer alıb. Bu dəfə də DİA.AZ-a edilən müraciətdən aydın olur ki, vətəndaşlar klinikanın adından edilən kampaniyadan narazı qalıblar.

Redaksiyamıza ünvanlanan şikayət məktubundan aydın olur ki, Ramazan bayramı ilə əlaqədar «Nərgiz» Tibb Mərkəzində qurd xəstəliklərinin müayinəsi 15 yaşa qədər şəxslər üçün pulsuz elan olunub. Yəni Tibbi Mərkəzi müqəddəs dinimizin buyruqlarına ayaq uyduraraq belə biri insani addım atıblar. Amma bu kampaniya da boşundan imiş. Yəni daha çox reklam xarakteri dayışırmış və insanlıqla daha az əlaqəsi var.

Şikayətçilər yazır ki, qurd xəstəliklərinin müayinəsi üçün bütün prosesi qeyd olunan yaş kateqoriyası üçün pulsuz elan etmələrinə baxmayaraq, yalnız aparatla analiz götürmək pulsuz imiş: «Digər xidmətlər isə yenə də pulladır. Bu da şirkət adından edilən fırıldaq kimi qəbul olunmalıdır».

Bu hələ harasıdır. Vətəndaşlar yazır ki, yalnız analiz aparatı pulsuz elan olunduğundan onun qapısında da hər gün ən azından 20-25 adam növbədə dayanır: «Əslində gün ərzində bu sayda adamı aparatdan keçirib, ona analizinin cavablarını vermək mümkündür. Lakin görünür, müayinəni Ramazan ayı ilə əlaqədar pulsuz elan edən Tibb Mərkəzinin rəhbərliyi sonradan peşman olublar. Çünki gün ərzində 2-3 nəfərdən artıq adam aparatdan keçə bilir, ya yox.

Düşünməyin ki, müayinə prosesi uzundur. Yox, sadəcə olaraq həkimlər normalda 15 dəqiqəyə çəkəsi prosesi az qala 2 saata qədər uzadırlar. Bu müddətdə isə onlar bir-biriləri ilə söhbət edir, dırnaqlarını, dodaqlarını boyayır, saçlarına tumar çəkirlər».

Vətəndaşlar bildirir ki, etiraz etməyin də xeyri yxdur.

Şikayət məktubunda yer alan faktlarla bağlı qarşı tərəfin də mövqeyini dinləmə hazırıq.


Geri qayıt