Əsas Səhifə > Gündəm, Manşet > YAP RƏHBƏRLİYİNƏ QARŞI QİYAM HAZIRLANIR
YAP RƏHBƏRLİYİNƏ QARŞI QİYAM HAZIRLANIR13-07-2013, 11:05 |
RAMİZ MEHDİYEV ƏLİ ƏHMƏDOVU SIRADAN ÇIXARMAQ FİKRİNDƏ QƏTİDİR DİA.AZ: - Hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə qarşı qiyam hazırlanır. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr verib. Qaynaq iddia edir ki, uzun müddətdir YAP-ın icra katibi Əli Əhmədova qarşı kampaniya aparan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın dairələr yenidən hərəkətə keçiblər. Mənbənin söylədikləri: «Ramiz Mehdiyev hələ son parlament seçkiləri ərəfəsində Əli Əhmədovu bitirmək istəyirdi. Xatırlayırsınızsa, Mehdiyevə yaxın mətbuatda hətta Əli Əhmədovun obyektləri barədə də şok faktlar yayınlandı. Bunların hamısı bir oyun idi. Çünki Əli Əhmədova aid özəl faktların mətbuata yol tapmasının bu qədər asan başa gəlməsi faktiki olaraq rəqib cinahın fəaliyyətinin nəticəsi idi». Mənbənin sözlərinə görə, həmin dönəmdə Əli Əhmədovu sıradan çıxara bilməyən Ramiz Mehdiyev sonrakı müddət ərzində əks-cinahın mövqelərini daha da möhkəmləndirməsini yalnız müşahidə etməklə kifayətləndi: «Bunun ardından Mehdiyevə qarşı baş verən hücumlar Əli Əhmədovu bir hədəf kimi unutdurdu. Amma son günlər PA şefi mövqelərini kifayət qədər möhkəmləndirdiyindən YAP-ın icra katibi ilə yenidən haqq-hesab sürütmək qərarını verib». Mənbə iddia edir ki, artıq YAP-ın bəzi rayon təşkilatlarında Əli Əhmədova etiraz bəyanatı hazırlanır: «Bunun səbəbləri var. Əli Əhmədov partiyanın rayon təşkilatlarında PA şefinə yaxın olan adamları çıxdaş etməklə məşğuldur. Bu da nəticədə Ramiz Mehdiyevin öz adamlarını qorumasına nədən olub. Yaxın günlərdə bir qrup YAP-çının Əli Əhmədovla bağlı mətbuat konfransı keçirməsi də gözlənilir». Xatırladaq ki, bir müddət əvvəl Əli Əhmədova qarşı bəzi köhnə YAP-çılardan istifadə olunmuşdu. Lakin gözlənilən effekt alınmadığından, indi də fəaliyyətdə olan YAP-çılar işə salınır. Geri qayıt |