Əsas Səhifə > Gündəm, Manşet > SURAXANIDA XAN OLSA DA, İÇMƏYƏ SU YOXDUR

SURAXANIDA XAN OLSA DA, İÇMƏYƏ SU YOXDUR


13-07-2013, 09:54
SURAXANIDA XAN OLSA DA, İÇMƏYƏ SU YOXDUR
HƏR AY ƏN AZI 100 MANAT XƏRCLƏYƏN SAKİNLƏR YAYDA ZÜLÜM ÇƏKİRLƏR

DİA.AZ: - Suraxanı rayonu Zığ qəsəbə sakinləri içməli su üzünə həsrət qalıblar. Bu barədə DİA.AZ-a məlumat verən Zığ qəsəbəsi, Səcarət Həmidov küçəsində yaşayan Hüseynağa Balayevin sözlərinə görə, may ayının 15-dən sonra qəsəbəyə içməli su verilişi dayandırılıb.

Bildiriıənə görə, artıq neçənci ildir ki, eyni vəziyyət davam etdiyini qeyd edən sakinlər yay mövsümü başlanan kimi qəsəbənin suyu kəsildiyini də bildirdilər: “Dəfələrlə Suraxanı rayonu su idarəsinə müraciət edilməsinə baxmayaraq sakinlərə yalnız vəd verilir. 2011-ci ildən bəri verilən vəd hələ də yerinə yetirilməyib”.

H.Balayevin sözlərinə görə, su olmadığına görə, sakinlər məcbur qalıb suyu maşınla alırlar: “Mən hər ay 100 manat verib 5 maşın su alıram. Sakinlər su ehtiyatını təmin etmək üçün 4-5 su çənindən istifadə edirlər. Bu isə insanların əlavə vəsaiti hesabına başa gəlir. Bu məsələni rayon su idarəsinin rəisinə dedikdə mənə cavab verdi ki, “lazımdırsa sənə bir maşın su göndərim”. Məsələ ondan ibarətdir ki, sakinlərin hamısının su xətti olduğu halda niyə insanlar su ilə təmin olunmamalıdır? Bunun üçün imkanlar da mövcuddur. Yaxın ətrafda yeni tikilən beşmərtəbəli binaya su verildiyi halda ətraf evlər su üzünə həsrət qalıb”.

Geri qayıt