Əsas Səhifə > Gündəm, Manşet > ABU-NUN KEÇMİŞ REKTORUNA BAKIDAN HƏDƏ GƏLDİ

ABU-NUN KEÇMİŞ REKTORUNA BAKIDAN HƏDƏ GƏLDİ


12-07-2013, 15:01
ABU-NUN KEÇMİŞ REKTORUNA BAKIDAN HƏDƏ GƏLDİ
ELŞAD ABDULLAYEV BU DƏFƏ PİS YERƏ İLİŞİB: QAZANMAQ İSTƏYİ ALINMADI

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevə Bakıdan hədə göndərilib. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlar xəbər verib.

Xatırladaq ki, buna qədər də keçmiş rektorun bir sıra məmurları «səndən video yayacam» mesajı ilə şantaj etməsi, bu yolla külli miqdarda gəlir əldə etməsi barədə xəbərlər yayılmışdı. Məlumatlardan aydın olurdu ki, istintaq yolu ilə də günahsızlığı sübuta yetirilən və hətta Elşad Abdullayevin qaynatası tərəfindən belə günahsız olduğu söylənilən iş adamı Arzu Kazımova və ona yaxın olan şəxslərə qarşı şou-videolar yaymaq hesabına gündəmdə qalan Elşad Abdullayev əslində altdan-altdan Bakıdakı adamlarının iştirakı ilə nüfuzlu məmurları şantaj edirmiş.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, bu günlərdə vəzifə başında olan tanınmış simalardan birinə Elşad Abdullayevin adından anoloji ismarıc gəlib: «Həmin məmur digərlərindən fərqli olaraq keçmiş rektora ağır ifadələr söyləməklə yanaşı, onun adamlarına «Elşad elə eləməsin, ona Parisdə həyatı başa salım» şəklində cavab mesajı da göndərib».

Onu da bildirək ki, Elşad Abdullayeva sözügedən mesajın kim tərəfindən göndərildiyi DİA.AZ-a məlumdur. Sadəcə olaraq əlimizdə yetərli sübutların olmaması konkretliliyimizə əngəl yaradır.

Geri qayıt