Əsas Səhifə > Güney Press / Manşet > QAÇQIN AİLƏSİNİN ƏMLAKINI NİYƏ MÜSADİRƏ EDİBLƏR?
QAÇQIN AİLƏSİNİN ƏMLAKINI NİYƏ MÜSADİRƏ EDİBLƏR?12-07-2013, 14:07 |
|
MƏMUR ÖZBAŞINALIĞINDAN YORULAN LAÇIN SAKİNİ SEÇKİNİ BOYKOT EDİR DİA.AZ: - Redaksiyamıza Laçın rayonun Şeylanlı kənd sakini Baxışova Pəri Şahmurad qızı tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ-a müraciətində vətəndaş Laçının həm keçmiş və həm də indiki rəhbərliyindən şikayətlənib. Məktubda deyilir: “On bir uşaq dünyaya gətirib böyüdüb tərbiyə etmişəm. Heç zaman kimsə övladlarımın tərbiyəsindən narazılıq etməyib. Lakin Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı R.Cəbrayılovun sifarişi ilə 18 iyun 2012-ci il tarixdə Ağcabədi rayon polis şöbəsi oğlum Baxışov Müqabil Baxış oğlunu həbs etdi. Oğlumun sifarış əsasında həbs olduğunu və bu haqsızlığın aradan qaldırılmasını aidiyyatı dövlət orqanlarından xahiş etsək də, səsəmiz eşidilməz oldu. Ümidsizlik təki dəhşətli bir bəla ilə üz-üzə qalmış ailəmiz sonda Ağcabədi rayon Polis şöbəsinin və Ağcabədi rayon məhkəməsinin təklifini qəbul etdi. Ağcabədi rayon Məhkəməsinin sədri X.Fərhadovun tamahkarlığı səbəbindən 5 nəfərlik ailəmiz səfalət içində yaşamağa məhkum olundu. 1992-c i ildə Laçın ermənilər tərəfindən işğal olunanda bütün əmlakımızı itirmişdik. Dişimizlə dırnağımızla topladığımızı da Ağcabədi polis şöbəsinin müstəntiqi Y.İsgəndərov və Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadov əlimizdən aldılar. X.Fərhadov dövlətimizə və hökumətimizə olan inamımızı məhv edib. Mən elə düşünürəm ki, hökumətimizin X.Fərhadova gücü çatmır. Belə olmasaydı, əmlakımızın özümüzə qaytarılmasına köməklik olunardı. Bu günə kimi heç bir dövlət orqanı haqq səsimizi eşitməyib. Bu qədər Allahsızlıq olarmı? Sizin portalınız vastəsiylə bütün aidiyyatı orqanlara bildirirəm ki, özüm, həyat yoldaşım, övladlarım və nəvələrim prezident seçkilərində səsvermə hüquqlarımızdan istifadə etməyəcəyik. Pozulmuş hüquqlarımızın bərpa olunması ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət edəcəyəm”. Geri qayıt |