Əsas Səhifə > Güney Press / Manşet > MƏHBUSLAR MƏDƏT QULİYEVƏ QARŞI OD PÜSKÜRDÜ

MƏHBUSLAR MƏDƏT QULİYEVƏ QARŞI OD PÜSKÜRDÜ


11-07-2013, 17:14
MƏHBUSLAR MƏDƏT QULİYEVƏ QARŞI OD PÜSKÜRDÜ
DİA.AZ: - Həyatları ciddi təhlükə qarşısında qalmış məhkumların hüquq müdafiəçisi Taleh Xasməmmədova və mətbuat nümayəndələrinə müraciəti yayılıb. Həmin müraciətin bir nüsxəsi da DİA.AZ-a daxil olub. Müraciətin mətnində deyilir:

“Ədliyyə Nazirliyi Pentersiar Xidmətin Müalicə Müəssisəsində Cərrahiyyə Şöbəsi əməlli başlı qəssabxanaya cevrilmişdir ki, nəticədə burada ölüm halları artmaqdadır, məhkumları təhlükə gözləyir.

Cərrahiyyə Şöbəsində cərrahiyyə əmaliyyatlar rüşvətlə aparılsa da, həkimlərin yarıtmazlığı nəticəsində cərrahiyyə keçirmiş məhkumların səhhətlərində ağırlaşmalar baş vermiş, bəziləri dünyalarını dəyişmiş, bəzilər isə ölümlə üz-üzə qalmıblar. Səhhəti ağırlaşmış məhkumlar yenidən müayinə edilmək əvəzinə, əlavə verməyə pulları olmadıgından Cəzaçəkmə Müəssisələrinə qaytarılıblar.

Belə məhkumlardan Əmirov Elvin Vidadi oğlu babasildən cərrahiyyə olması ücün 550 ( beş yüz əlli ) manat rüşvət versə də düzgün aparılmayan əməliyyat nəticəsində ölümlə üz-üzə qalmış və onu belə agır vəziyyətdə cəzaçəkdiyi müəssisəyə qaytarılmışdır. Mərhum Abdullayev Bayram Oruc oğlu isə həkimlərə verməyə pulu olmadığı üçün və cərrahiyyə stolunda öldürüləcəyindən qorxuya düşüb müalicədən imtina etmiş və öz ərizəsi ilə Cəzaçəkmə Müəssisəsinə qaytarılmışdır.

Müalicə Müəsissəsinin baş həkimi Bəhruz Mirzəyevin korrupsiya əməlləri nəticəsində orada özbaşnalıq, qanunsuzluq baş alıb gedir. İmkanı olmayan xəstə məhkumların müayinə və müalicə şərait yaradılmır, imkanlı sağlam məhkumları isə rüşvət hesabına saxta xəstəlik sənədləri ilə üzün müddət xüsusi imtiyazlarla orada qanunsuz olaraq saxlayırlar. Bunlardan biri məhkum Ələkbərov Şahlar Xəlil oğludur ki, onu babasil xəstəliyi mualicəsi adı ilə 9-aydır ki, Müalicə Müəsissəsində rüşvət hesabına saxlayırlar. Hansı ki, bu 9-ay ərzində çoxlu sayda xəstə məhkumları babasildən müalicə ediblər.

Müalicə Müəsissəsinin bütün şöbələrində analoji hal baş alıb gedir. Nəticədə sıxlıq yaranıb, imkansız xəstə məhkumlar hətta yer olmadığından mətbəxdə stol-stulların üzərində, döşəmədə yatmalı olurlar. Qidalanma çox pisdir, antisantariya baş alıb gedir. Sanitar qovşaqlar hamam yararsız vəziyyətdədir. Telefon danışıqları pulludur.

Müalicə Müəsissəsində baş alıb gedən bu özbaşnalıqlara korrupsiya hallarına yuxarı oranların biganə qalmaları və göz yummaları butun məkumları nrahat edir.

Ombudsman 2012- ci ilin yanvar yekunlarına dair hesabatında Pentensiar Xdmətinin Müalicə Müəsissəsində, Cəzaçəkmə Müəsissəsinin tibb hissələrindəki yarıtmaz vəziyyət barədə Milli Məclisin iclasında göstərmişdir. Bundan nəticə çıxarmaq əvəzinə cəzasızıqdan azğnlaşmış baş həkim Bəhruz Mirzəyev korrupsiya əməllərini daha da genişləndirmidir.

Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi cənab Rafael Mehdiyevə, İctimayi Komitəyə, Ombudsmana, Beynəlxalq Qırmızı Xaç Komitəsinəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə müraciət edib xahiş edirik;

Pentensiar Xidmətin Müalicə Müəsissəsində baş alıb gedən korrupsiya, antisantariya, özbaşnalıq hallarının qarşısını alin və korrupsiyaya qurşanmış məmurlar barədəsində təcili, təsirli tədbirlər görün.

Əmirov Elvin Vidadi oğlu
Fətəliyev Rasim Məzahir oğlu
Abdullayev Bayram Oruc oğlu”

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt