Əsas Səhifə > Gündəm, Manşet > KTN ŞEFİ 400 MİLYONLUQ YEYİNTİ İLƏ "VURULUR"

KTN ŞEFİ 400 MİLYONLUQ YEYİNTİ İLƏ "VURULUR"


11-07-2013, 14:54
KTN ŞEFİ 400 MİLYONLUQ YEYİNTİ İLƏ "VURULUR"
BU FAKT DA RƏQİBLƏRİNƏ FÜRSƏT YARADIB: NAZİR İSTEFAYA GÖNDƏRİLƏCƏK

DİA.AZ: - Bu dəqiqələrdə redaksiyamıza maraqlı bir informasiya daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, prezident seçkilərinə qədər kənd təsərrüfatı naziri İsmət Abbasovla bağlı qərar veriləcək. Xatırladaq ki, neçə müddətdir ki, rəqibləri - başda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olmaqla, İsmət Abbasovun vəzifəsindən alınmasına çalışırlar.

Məlumatı verən mənbə bildirir ki, İsmət Abbasova qarşı çox ciddi kompramatdan istifadə edilib və onun barəsində etimadsızlıq yaranıb: «Söhbət təxminən 400 milyon ABŞ dollarının mənimsənilməsindən və bu barədə «yuxarıların» bilgisiz tutulmasından gedir».

Mənbəmiz KTN şefi ilə bağlı qərarın yaxın günlərdə rəsmən elan olunacağını da deyib.

Geri qayıt