Əsas Səhifə > Hadisə > ŞOK: RAMİZ MEHDİYEVİN İŞÇİSİ HƏBS OLUNUB
ŞOK: RAMİZ MEHDİYEVİN İŞÇİSİ HƏBS OLUNUB11-07-2013, 10:49 |
ONA QARŞI İLGİNC İTTİHAM VAR Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının İşlər İdarəsinin Zuğulba İqamətgahının baş məsləhətçisi həbs edilib. Bu barədə Moderator.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Saytımızı bilgiləndirən mənbənin xəbərinə görə, İşlər İdarəsinin Məmmədəli adlı əməkdaşı Cinayət Məcəlləsinin 228-ci - Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə ittiham olunur. İctimaiyyətdən gizlin saxlanılan bu həbslə bağlı artıq istintaq başa çatıb. Hazırda Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə məhkəmə prosesi başlayıb. Geri qayıt |