Əsas Səhifə > Ölkə > “HİCAB MƏHBUSLARINA” BU GÜN HÖKM OXUNACAQ

“HİCAB MƏHBUSLARINA” BU GÜN HÖKM OXUNACAQ


23-12-2011, 12:41
“HİCAB MƏHBUSLARINA” BU GÜN HÖKM OXUNACAQ

PROKUROR ONLARA ÜST-ÜSTƏ 8 İL İŞ İSTƏYİB

Bakı şəhər Nərimanov rayon məhkəməsində mayın 6-da keçirilən "Hicaba azadlıq" aksiyası zamanı saxlanılan ilahiyyatçı Tale Bağırova və Elşən Abbasova bu gün hökm oxunacaq.

SalamNews-un məlumatına görə, dekabrın 16-də keçirilən məhkəmədə prokuror təqsirləndirilən şəxslərə cəza verilməsi təklifini irəli sürüb, T.Bağırovun 5 il, E.Abbasovun 3 il müddətində azadlıqdan məhrum edilməsi haqda qərar çıxarılmasını təklif edib.

Vəkil Anar Qasımlı deyib ki, təqsirləndirilən şəxslərə verilməsi üçün təklif olunan cəzaların heç bir əsası yoxdur. Ona görə də prokurorun çıxışı bizim üçün gözlənilməz olmayıb.

Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.

T.Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Sonra Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə yeni ittiham əlavə olunub (5 ilə qədər həbs). Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.


Geri qayıt