Əsas Səhifə > Partiya > YAP FRANSAYA DİŞ QICADI

YAP FRANSAYA DİŞ QICADI


23-12-2011, 12:32
YAP FRANSAYA DİŞ QICADI

“MÜTLƏQ BU MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRMƏLİDİR”

Dekabrın 23-də Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov jurnalistlərə açıqlamasında Fransa parlamentinin qəbul etdiyi, “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanundan danışıb.

“Media forum” saytının məlumatına görə, Əli Əhmədov deyib ki, bu, ədalətdən tam uzaq bir qərardır və Azərbaycan xalqı da həmin qərarı məhz bu cür qiymətləndirir.

Əli Əhmədov Fransa parlamentinin qərarı tarixin saxtalaşdırılması əsasında qəbul etdiyini, bu qərarın insan hüquq və azdlıqlarına zidd olduğunu və bütövlükdə Fransanın demokratik imicinə kölgə saldığını vurğulayıb.

YAP icra katibi Fransanın eyni zamanda Türkiyə xalqına qərəz, haqsızlıq nümayiş etdirdiyini bildirib: “Fransa Dağlıq Qarabağ probleminin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Əgər Fransa tarixi hadisələrə belə qeyri-obyektiv, belə qərəzli yanaşırsa, istər-istəməz hər bir Azərbaycan vətəndaşında onun həmsədr kimi ədalətli mövqe nümayiş etdirəcəyinə ciddi şübhə yaranır. Biz qardaş Türkiyəyə qarşı hər bir hərəkəti Azərbaycana qarşı hərəkət kimi qiymətləndiririk. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. İndi də belədir. Hesab edirəm ki, Milli Məclis xalqın iradəsini əks etdirən bir qurum kimi mütləq bu məsələyə münasibət bildirməlidir”.


Geri qayıt