Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ REKTORA BAKIDAN DƏSTƏK VERƏN KİMLƏRDİR?

KEÇMİŞ REKTORA BAKIDAN DƏSTƏK VERƏN KİMLƏRDİR?


10-07-2013, 13:14
KEÇMİŞ REKTORA BAKIDAN DƏSTƏK VERƏN KİMLƏRDİR?
ELŞAD ABDULLAYEV FAİZƏ OTURDULUB

DİA.AZ: - Məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev hazırda Fransada inşaat biznesi ilə məşğul olur. Xatırladaq ki, bu barədə məlumatlar bir neçə gün əvvəl yayıldı.

DİA.AZ-a sözügedən istiqamətdən daxil olan informasiyalardan aydın olur ki, keçmiş rektorun Fransadakı biznes fəaliyyətinə Bakıdan arxa duranlar var. Mötəbər mənbə iddia edir ki, hakimiyyətdə çox böyük nüfuz sahibi olan şəxs ilk günündən keçmiş rektora dəstək verməkdədir.

Mənbənin söylədikləri: «Elə Fransadakı biznes də həmin məmura aiddir. Elşəd Abdullayev ilk günündən onun tapşırıqlarını yerinə yetirib. İndi də bu əməkdaşlıq biznes müstəvisində davam etdirilir. Biznesi Elşad Abdullayev yönəltsə də, yalnız pay sahibi olmaqla kifayətlənir. Yəni faizə oturdulub. Ona inşaat biznesindən 30 faizi veriləcək. Qalanı isə Bakıdakı məmura çatacaq».

Mənbəmiz maraqlı bir məqamı da açıqladı: «Elşad Abdullayev bundan sonra da videobombardmanı davam etdirəcək. Doğrudur, son günlər aktuallığını itirib. Bu da 16 iyulda məhkəməsi keçiriləcək iş adamı Arzu Kazımovla əlaqədardır. Keçmiş rektor boş qalmasın deyənə, özünü gündəmdə saxlama marağından çıxış edərək Arzu Kazımovu «ifşa edən» faktları bir-birinin ardından düzdü. Amma bu da onu çətin duruma saldı. Çünki videoların mahiyyəti əslində keçmiş rektorun özünə qarşı idi. Arzu Kazımov həbs olunsa da, Elşad Abdullayev videoları ilə ona bir növ yardım etməkdədir. Yəni həmin videoları izlədikdə Arzu Kazımovun günahsız olduğunu görürük və kimlərsə iş adamını həbs etdirməklə, məsələ ətrafında oyun oynayıb. Elşad Abdullayev bunları sübuta yetirir ki, bu da ona və işlədiyi dairələrə heç də sərf edən situasiya deyil».

Geri qayıt