Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SUMQAYIT MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ

SUMQAYIT MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ


10-07-2013, 11:14
SUMQAYIT MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ
Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinə baxmayaraq bəzi məhkəmə hakimləri yenə də biabırçı qərarlar çıxarmaqda, birtərəfli mövqe tutmaqda davam edir. Bu cür hakimlər müəyyən maraqları naminə ədalət prinsipini yaddan çıxarır, ölkənin məhkəmə sisteminə ləkə gətirirlər. Bu cür hallarla bağlı Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası onlarla hakim barədə ciddi tədbirlər görüb, ədalət prinsipini pozanları cəzalandırıb. Amma, hələ də məhkəmələrdə vətəndaşları süründürməçiliyə salan, onlara qarşı qərəzli qərarlar qəbul edən hakimlər qalmaqdadır.

Olmayan adamın iddiası necə təmin edilir?

Bu cür biabırçı məhkəmə qərarlarından biri də Sumqayıt məhkəməsində qəbul edilib. Əslində adıçəkilən məhkəmədə bu cür hallara tez-tez rast gəlmək olur. Artıq Sumqayıt məhkəməsində qanunsuz qərarların çıxarılması ilə bağlı mətbuatda kifayət qədər məlumatlar faktlar əsasında dərc edilib. Bu barədə aidiyyəti qurumların tədbir görməsinə baxmayaraq bəzi hakimlər hələ də bu qanunsuzluqdan əl çəkmir. Belə bir biabırçı məhkəmə proseslərinin biri barədə redaksiyamıza yenidən müraciət olunub. Müraciət Sumqayıt Şəhər Məhkəməsində "Yüksəliş Naminə" qəzetinin baş redaktoru Elşən Ağayev haqqında mülki iş üzrə çıxarılan saxta qərarla bağlıdır. Təqsirləndirilən şəxsin müdafiə tərəfinin dediyinə görə, məhkəmə prosesi olduqca biabırçı vəziyyətdə baş tutub.

Müraciətdə bildirilir ki, proses tanınmayan bir iddiaçının şikayəti əsasında keçirilib. Belə ki, məlum olub ki, Süleyman Sədullayev adlı hazırda Almaniyada mühacirətdə olan bir şəxs məhkəmədə iddia qaldırıb. İddianın tam əsassız və sübutsuz olmasına baxmayaraq, məhkəmə tərkibi həmin iddianı təmin edib. Məhkəmədə biabırçı məqamlar yaşanıb və hakim özü də çıxardığı qərarın nəyə əsaslandığını, hansı sübutlarla təsdiqləndiyini sübuta yetirə bilməyib.

İddia təmin edilir, nə şahid var, nə iddiaçı

Həmin şəxs iddia qaldırıb ki, guya Elşən Ağayev ondan 10 min manat alıb və qaytarmır. Bunun yalan olduğunu deyən Elşən Həsənov Sumqayıt Məhkəməsini saxtakarlıqda suclayır və belə bir adamın olmadığını bildirib. Cavabdeh kimi məhkəməyə çağırılan Elşən Ağayev ona qarşı iddia qaldıran şəxsi görmək istədiyini, onunla üzləşməsini məhkəmədən xahiş edib və bu barədə vəsadətlər də qaldırıb. Amma, məhkəmə sədri və tərkibi vəsadətləri heç bir əsas olmadan rədd edib, cavabdehlə iddiaçını üzləşdirməyib. Müxtəlif bəhanələrlə vəsadətlərə rədd cavabı verən məhkəmə hakimi cavabdehin iddiaçıya borclu olmasını təsdiqləyib: “Sumqayıt şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinovun sədrliyi ilə mayın 15-də 2(060)-1508/2013 saylı mülki iş üzrə proses keçirilib və yalançı şahid ifadələri ilə iddiaçının pul tələbini təmin edən qətnamə çıxarılıb. Hakim nə iddiaçını gətirir, nə də məhkəmədə vicdanlı şahid dindirir. Yalnız uydurma şahid ifadələri ilə prosesi bitirdi. Dindirilən şahidlərin heç birini tanımıram, heç bir məsələdən məlumatımız yoxdur. Hakim necə istədi, elə də məhkəmə istintaqı apardı. Əgər buna məhkəmə istintaqı demək olarsa. Heç bir dindirilmə, heç bir üzləşmə aparılmadığı halda hakim qarşı tərəfin iddiasını təmin etdi. Biabırçı məhkəmə qərarı çıxarıldı və Elşən Ağayevin həmin qondarma məbləği qondarma iddiaçıya qaytarılması tələb olundu”.

İclas protokolu hazırlanmamış məhkəmə qətnaməsi çıxarılıb

Müraciətdə bildirilir ki, hakimin qanunsuzluğu bununla bitmir. Məhkəmə prosesinə sədrlik edən həmin şəxsin saxtakarlıq etməsini özü öz əməlləri ilə təsdiqləyib. Bu isə Sumqayıt Məhkəməsinin biabırçı vəziyyətdə olmasını üzə çıxarıb: “Məsələnin maraqlı tərəfi o oldu ki, prosesdə hakim qarşı tərəfin şahidinin ifadəsini yarımçıq kəsib və sifarişli qərar qəbul edəcəyi öncədən bilinirdi. Və ən əsası hakim iclasda məhkəmə çəkişməsi prinsipini kobud surətdə pozdu. Cavabdehin nümayəndəsi kimi prosesdən sonra həmin gün qeyd edilən tarixdə mülki iş üzrə keçirilmiş məhkəmənin iclas protokolu ilə tanış olmaq istədik. Amma hakim bildirdi ki, protokol hələ tam hazır deyil. Hakim bizə biabırçı cavab verdi. Bildirdi ki, protokolla prosesdən 5 gün sonra tanış ola bilərsiniz. Həmin tarixdə protokolla tanış olmaq məqsədilə cavabdehin nümayəndəsi kimi hakimin iş otağında olduq. Amma, yenə bizə dedilər ki, hələ protokol hazır deyil. Buna baxmayaraq həmin mülki iş üzrə qətnamə artıq hazır olub və onu nümayəndəyə təqdim edib”.

Cavabdehin nümayəndəsi də qətnamənin surətini əldə etməyi barədə imza atmaqla onu götürüb və bir daha bildirilib ki, iclas protokolu hazır olan kimi nümayəndə ilə əlaqə saxlanılacaq: “ Ölmədik bu günü də gördük. Məhkəmə iclasının protokolu hazır olmamış qətnamə təqdim edilir. Görəsən, çıxarılan qətnaməyə qanuni don geyindirmək üçün protokola nələr yazılmalı imiş?"

Geri qayıt