Əsas Səhifə > Siyasət, Manşet > RUSLAR PREZİDENT SEÇKİSİNƏ ŞOK SÜRPRİZ HAZIRLAYIR

RUSLAR PREZİDENT SEÇKİSİNƏ ŞOK SÜRPRİZ HAZIRLAYIR


10-07-2013, 10:49
RUSLAR PREZİDENT SEÇKİSİNƏ ŞOK SÜRPRİZ HAZIRLAYIR
RÜSTƏM İBRAHİMBƏYOVUN QARABAĞLA BAĞLI VERƏCƏYİ VƏD YETƏRLİDİR Kİ…

DİA.AZ: - Qarşıdan prezident seçkiləri gəlir. Artıq tərəflər öz namizədlərini müəyyənləşdirərək döyüş tədarükündədirlər. Əslində bu ilin oktyabrında əsl döyüş gözlənilir. Bu heç də seçkiyə qatılacaq namizədlər arasındakı balansla əlaqəli deyil. Söhbət builki seçkilərə kənar güclərin müdaxilə imkanlarının daha da böyük olmasından gedir.

Cənubi Qafqaz regionu ilə bağlı dünya güclərinin yürütdüyü siyasətdə baş verən dəyişikliklər də Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə münasibətin də dəyişməsinə nədən olub. Dünənə qədər iqtidarın keçirdiyi bütün seçkiləri demokratik adlandıran Rusiya artıq fərqli gedişləri ilə diqqətə gəlir ki, bu da rəsmi Bakı ilə Kreml arasındakı münasibət pozuqluğunun təzahürü kimi dəyərləndirilə bilər.

DİA.AZ bildirir ki, rusların Azərbaycanla bağlı siyasətlərinə əl gəzdirmələri Qərb tərəfindən də sakitliklə qarşılanmaqdadır. Və elə buna görə də qeyd olunan prosesi qiymətləndirən ekspertlərin fikirləri çox maraqlıdır. Onların qənaətinə görə, Kremlə Qərb arasında Azərbaycanla bağlı siyasətdə bir anlaşma əldə olunub. Ruslar Azərbaycanda öz maraqlarına uyğun hakimiyyəti formalaşdırmaqla bərabər Qərbin də regiondakı enerji maraqlarını təhdid etməməyə söz veriblər. Elə buna görə də Rusiyanın birbaşa olaraq dəstək verdiyi Azərbaycan müxalifətinin Milli Şura ideyasına ABŞ da qucaq açmaqdadır.

Amma ekspertlərin bu fikirlərinin əksini söyləyənlər də var. DİA.AZ-a bu barədə danışan bilgili qaynaqlar iddia edir ki, rəsmi Moskva əslində Qərbi Azərbaycanla bağlı siyasətdə çıxılmaz vəziyyətə salıb: «Ruslar Gürcüstanda da eyni cür davrandılar və Qərbi fakt qarşısında qoydular. Yəni əgər məələ xalqların seçimidirsə, o zaman rusların xətti keçmiş sovet xalqları arasında çox populyardır».

Mənbəmiz iddia edir ki, amma buna rəğmən ABŞ-ın alternativ planları da var: «Məlumdur ki, Milli Şuradan 5 nəfər əsas nümayəndə ABŞ-a dəvət olunub. Onlardan biri Rüstəm İbrahəimbəyov, digəri Eldar Namazovdur. Eyni zamanda heyətdə İsa Qəmbər, keçmiş deputat Gültəkin Hacıbəyli və AXCP sədri Əli Kərimlinin səlahiyyətli nümayəndəsi də var. Bu heyət əslində paradoksal mahiyyətli tərkibi ilə diqqətə gəlsə də, ümumi maraq - hakimiyyətə qarşı cəbhələşmə hələlik onları bir səngərdə dayanamağa vadar edib».

Mənbəmiz iddia edir ki, bu gün aşkar surətdə rusların əlinə oynayan Rüstəm İbrahəimbəyova müxalifətin bu şəkildə qucaq açması da anlaşılandır: «İsa Qəmbərin addımlarını diqqətlə izləyin. Müsavat başqanı məsələdən tam məlumatlıdır. Kimlərsə onun öz namizədliyini qorumasını pozuculuq kimi dəyərləndirə bilər. Amma reallıq tamam fərqlidir. İsa Qəmbər də yaxşı bilir ki, sonra xalqa, ələlxüsus da zamanında Azərbaycanın məhz Rusiyanın cəngindən qurtularaq müstəqilliyinə nail olunmasında müstəsna rol oynaamış sıravi müsavatçılara, cəmiyyətə hesabat verməli olacaq. Məhz bu səbəbdən İsa Qəmbər Rüstəm İbrahimbəyovun vahid namizədliyini hər zaman şübhə altında saxlamağa borcludur. Bütün bunlar Rüstəm İbrahimbəyovun adının yanındakı RUSİYA kəlməsi ilə əlaqədardır».

Mənbəmiz iddia edir ki, hakimiyyət də bu prosesi diqqətlə izləyir: «Təbii ki, bu seçki ilində təkcə hakimiyyət məsələsi deyil, həm də Azərbaycanın taleyi həll olunacaq. Rüstəm İbrahəimbəyov heç də iqtidar üçün qorxulu namizəd deyil, amma onu qorxulu edə biləcək faktorlar var ki, bu da birbaşa olaraq Rusiya ilə əlaqədardır».

Mənbəmiz bu arada maraqlı bir məqamı da açıqladı: «Ruslar Rüstəm İbrahimbəyovun bu seçkidə qələbə qazanması üçün əllərindən gələni edəcəklər. Hətta ona «QARABAĞI MƏN AZAD EDƏ BİLƏCƏM» şəklində vəd verməsi üçün də səlahiyyət veriləcək. İllərdir Qarabağ münaqişəsinin həlli naminə əziyyət çəkən Azərbaycan vətəndaşlarına isə məhz problemin sadə həll yolunu təklif edən Rüstəm İbrahimbəyov kifayət qədər cəlbeidici görünəcək. Çünki bizdə Qarabağı müharibə yolu ilə qaytarmaqdan daha çox, onun bir qələm imzası ilə qaytarılmasına ümid daha çoxdur. Və Rüstəm İbrahimbəyovun arxasında Kremlin dayanması, həmçinin «Qarabağ probleminin həlli Rusiyadadır» ifadəsinin böyük əminliklə Azərbaycan cəmiyyətinin alt şüuruna hopması «QARABAĞI MƏN AZAD EDƏCƏM» vədi ilə seçkilərə qatılacaq Rüstəm İbrahimbəyov üçün böyük divident yiyəsi olacağından xəbər verməkdədir».

Geri qayıt